Qurban Qurbanov: "Şehiçlə razılıq yoxdur" - MÜSAHİBƏ
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 3-cü turunda səfərdə "Səbail"ə qaib gəldikləri oyudan (4:0) sonra mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
- Futbolçularımı təbrik edirəm. Həm qalib gəldik, həm də yaxşı oyun oldu. Oyunçularım çox istəkli idilər. Aftandilə qarşıdakı oyunlarda uğurlar arzulayıram. Rəqib ilk dəqiqələrdə aqressiv idi, yaxşı pressinq tətbiq edirdilər.
- Şehiçin keçidi nə yerdədir?
- Razılıq yoxdur. Başqa variantlar var. Hazırda danışıqlar gedir.
- Başqa mövqeyə də transfer gözlənilir?
- Daha iki mövqeyi də gücləndirmək istəyirik.
- Oyunun ilk dəqiqələrində Ağabala futbolçularınıza qarşı çox aqressiv idi. Nə fikirləşdiniz?
- Heç bir şey. Ağabala aqressiv futbolçudur.
- 1:0, 3:0, 4:0. “Qarabağ”ın müdafiə xətti belə güclüdür, yoxsa Azərbaycan çempionatındakı komandaların hücum potensiallı aşağıdır?
- Futbolçularımız səliqəli oynayır, tapşırıqları yerinə yetirirlər. Bu gün qol buraxmırıq, deyirik müdafiəmiz əzəmətlidir, sabah bir neçə qol buraxacağıq və deyiləcək ki, zəifdi müdafiəmiz. Sadəcə, hər oyuna maksimal konsentrasiya ilə yanaşmalıyıq. Amma qol buraxmamağımız məni sevindirir.
- Yaranan fasilə komandanıza necə təsir göstərəcək?
- Düşünürəm ki, millilərə getməyən futbolçularıma müsbət təsir edəcək. Ancaq milli üzvləri ağır oyunlara gedir və bu, əlavə psixoloji yüklənməyə səbəb olacaq.
- Çempionatın ən formada olan komandasına 4 top vurursunuz, “Neftçi”dən 5 xal öndəsiniz. Çempionat bitdi?
- Cəmi bir məğlubiyyət və fərq 3 xal azalır. Ümumiyyətlə, belə fikirdən uzağam. Dəfələrlə şahidi olmuşuq ki, kimsə 7-8 xal öndə olub, lakin sonra çempion ola bilməyib. Qarşıda xeyli oyunlarımız var. Özü də olduqca ağır. Bir neçə futbolçumuz zədələnir, bir neçəsi vərəqə limitini doldurur və bəzən futbolçu qıtlığı yaşayırıq. Üstəlik, hər bir rəqib bizə qarşı xüsusi motivasiyalı olur.
- “Qarabağ” daha rəngarəng olub?
- Hər il dəyişiklik olur. Futbolda sürət artır. Topa sahib olmaq çox önəmlidir. Yaxşılığa doğru addım atmaq istəyirik. Bir şey var ki, biz rəqib imkan verdiyi qədər hücum edirik. Bu il avrokuboklarda qarşılaşdığımız bütün rəqiblərə qarşı bizə çətin oldu
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |