Yurçeviç: "Bəxtimiz gətirmədi"

07.09.2019 | 1244 dəfə oxunub

Azərbaycan millisinin baş məşqçisi Nikola Yurçeviç AVRO-2020-nin seçmə mərhələsində Uelsə qarşı keçirdikləri səfər oyununu şərh edib.

Stadium.az xəbər verir ki, xorvatiyalı mütəxəssis yığmanın 1:2 hesablı məğlubiyyəti ilə başa çatan görüşdən sonrakı mətbuat konfransında bunları söyləyib: “Rəqibi təbrik edirəm. İntensiv oyun oldu, əla atmosfer vardı. Hər iki komanda yaxşı hazırlaşmışdı. Oyunun dəst-xətti öz yerində idi. Futbolçularımla qürur duyuram. Bu gün düzgün oynadılar, vuruşdular. Bəxtimiz gətirmədi. Bir xal qazanmağa layiq idik. Həqiqətən də qəribə, bəxtsizlikdən buraxılan iki qolla buradan məğlubiyyətlə gedirik. Amma komandanın çıxışından razıyam".

Milli komanda sentyabrın 9-da Bakıda Xorvatiya yığması ilə qarşılaşacaq. Baş məşqçi artıq bu görüşə hazırlaşacaqlarını vurğulayıb: "Xorvatiya səfərdə 4:0 hesabı ilə qələbə qazanıb. Bunu gözləmirdim. Uşaqlara dedim ki, başa düşürəm, hamı məyusdu. Amma qarşıda matçımız var. Toparlanmalıyıq. Cavan oyunçularımızın oyununu qeyd edərdim. Ramil Şeydayev, Mahir Emreli, Bəhlul Mustafazadə və Anton Krivotsyukun adını çəkə bilirəm. Xüsusən də Bəhlul ilk dəfə belə atmosferdə meydana çıxırdı. Onun ayağında qıcolma vardı. Ona görə də bilmirdik meydana nə qədər qala bilər. Bu səbəbdən 3-cü əvəzetməni bir az yubatmalı olduq. Belə vəziyyətlərdə adətən əks-hücumda çıxış etməliyik. Ancaq sona doğru futbolçuların irəlidə Şeydayevi dəstəkləmək üçün gücləri qalmadı".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

26.02.2020

25.02.2020

24.02.2020

02:19  PSJ - "Bordo" - 4:3 VİDEO

02:12  "Roma" - "Lecce" - 4:0 VİDEO

02:07  "Cenoa" - "Latsio" - 2:3 VİDEO

23.02.2020

17:05  “Qarabağ” - “Sumqayıt” - HEYƏTLƏR

15:34  “Sabah” - “Səbail” - HEYƏTLƏR

15:03  "Levante" - "Real" - 1:0 VİDEO

14:18  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

22.02.2020

23:41  "Spal" - "Yuventus" - 1:2 VİDEO

16:06  "Keşlə” - "Zirə" - HEYƏTLƏR

14:05  "Qəbələ" - "Neftçi" - HEYƏTLƏR

   
  O Q H M T-f X
1. Qarabağ 17 11 5 1 31-7 38  
2. Neftçi 16 7 6 3 23-12 27  
3. Keşlə 16 7 5 4 20-14 26  
4. Sumqayıt 17 6 4 7 21-23 22  
5. Zirə 17 5 5 7 20-29 20  
6. Sabah 17 5 4 8 19-23 19  
7. Səbail 17 5 3 9 14-26 18  
8. Qəbələ 17 3 4 10 18-32 13  
08.02Qarabağ 0-0Neftçi
08.02Sumqayıt 1-0Zirə
07.02Sabah 3-2Qəbələ
07.02Keşlə 0-1Səbail
15.02Zirə -Qarabağ
15.02Sumqayıt -Sabah
16.02Neftçi -Keşlə
16.02Səbail -Qəbələ