Elşad Əhmədov: "Komandanın uğursuz çıxışının əsas günahkarı mənəm"

14.09.2019 | 6221 dəfə oxunub

"Oyun haqda danışmaq çətindir. "Qəbələ" bizdən yaxşı oynadı". Stadium.Az xəbər verir ki, bunu "Sabah"ın baş məşqçisi Elşad Əhmədov Azərbaycan Premyer Liqasının 4-cü turunda evdə "Qəbələ"yə 0:1 hesabı ilə uduzduqları matçdan sonra söyləyib.

49 yaşlı mütəxəssisin sözlərinə görə, rəqib futbolçular daha istəkli olub: "Bizdə bəzi oyunçulara tapşırıqları 2-3 dəfə təkrarlasaq da, icra edə bilmədilər. İkinci hissənin əvvəlində buraxdığımız qol bizi çətin vəziyyətə saldı. İrəlidə qol vura biləcək adama ehtiyacımız var".

"Sabah" 4 turdan sonra 2 xalla son pillədə qərarlaşıb. Əhmədov bildirib ki, vəzifəsini tərk edib-etməyəcəyinə rəhbərlik qərar verəcək:  "Rəhbərlik nə qərar versə, buna riayət edəcəyik. Bu məsələni rəhbərliklə danışacağıq. Komandanın uğursuz çıxışının əsas günahkarı mənəm. Demək ki, nəyisə düz etmirik. Məşqçi heyəti ilə futbolçular arasında heç bir problem yoxdur. Hər şey rəhbərliyin qərarından aslıdır"



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail