"Səbai" - "Qəbələ": 11-ci duel

21.09.2019 | 2513 dəfə oxunub

Bu gün Azərbaycan Premyer Liqasında V tur start götürəcək. Stadium.Az xəbər verir ki, turun ilk oyun günündə meydana çıxacaq “Qəbələ” “Səbail”lə qarşılaşacaq.

Səfərdə oynayacaq "qırmızı-qaralar" mövsümdə 5-ci qarşılaşmasını keçirəcək. Bakıdakı “ASCO Arena” stadionunda oynanılacaq matç iki rəqib arasında 11-ci duel olacaq. 2017-ci ildə ilk dəfə üz-üzə gələn komandalar indiyədək 8 dəfə Premyer Liqa, 2 dəfə Azərbaycan kuboku çərçivəsində görüşüblər.

“Qəbələ” bu oyunlarda 6 qələbə qazanıb. 2 dəfə heç-heçə edən “qırmızı-qaralar” eyni sayda məğlubiyyət alıb. "Qəbələ"nin üstünlüyü top fərqində də əks olunub – 19:10. Baqali Dabo paytaxt təmsilçisini daha çox – 6 dəfə məyus edib. Famussa kone və Ceyms Adeniyinin hesabında 3 qol var.

Ölkə çempionatlarındakı oyunlarda da “Qəbələ” üstündür. Əvvəlki 8 matçda 4 qələbə qazanan “qırmızı-qaralar” 2 dəfə meydandan bir xalla ayrılıbsa, 2 dəfə uduzub. 14 qol vuran "Qəbələ" 8 top buraxıblar.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

07.08.2020

01:32  "Sevilya" - "Roma" - 2:0 VİDEO

06.08.2020

13:21  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

01:29  "İnter" - "Xetafe" - 2:0 VİDEO

05.08.2020

04.08.2020

03.08.2020

02.08.2020

01.08.2020

31.07.2020

30.07.2020

   
  O Q H M T-f X
1. Qarabağ 20 13 6 1 34-7 45  
2. Neftçi 20 10 7 3 34-14 37  
3. Keşlə 20 8 6 6 27-21 30  
4. Zirə 20 6 5 9 25-37 23  
5. Sumqayıt 20 6 5 9 24-31 23  
6. Sabah 20 5 6 9 19-27 21  
7. Səbail 20 5 5 10 16-30 20  
8. Qəbələ 20 5 4 11 15-35 19  
21.06Zirə ---Neftçi
21.06Sabah ---Keşlə
21.06Qarabağ ---Qəbələ
21.06Sumqayıt ---Səbail
21.06Qarabağ -Qəbələ
21.06Sumqayıt -Səbail
21.06Zirə -Neftçi
21.06Sabah -Keşlə