"Sabah"da Xorvatiyalı baş məşqçi - Rəsmi

26.11.2019 | 1700 dəfə oxunub

"Sabah”ın yeni baş məşqçisi müəyyənləşib. 

Stadium.az klubun saytına istinadən xəbər verir ki, komandanı bundan sonra Jelko Sopiç çalışdıracaq. 45 yaşlı məşqçi ilə 1.5 illik müqavilə bağlanıb. Xorvatiyalı mütəxəssis futbolçu karyerası ərzində Xorvatiyanın “Zaqreb”, “Slaven Belupo”, “Lokomotiva”, Almaniyanın “Borussiya” (Münhenqladbax), “Rot Vays Alen” klublarında çıxış edib.

Sopiç məşqçi karyerasına Zaqrebin “Lokomotiva” klubunda (2011/12) başlayıb. Bu klubda köməkçi məşqçi kimi çalışmış xorvat mütəxəssis, daha sonra Xorvatiyanın “Rudes” (2012/15) və “Dinamo Zaqreb B” (2015/16) klublarında baş məşqçi, “Dinamo Zaqreb”in əsas komandasında (2016/17), Birləşmiş Ərəb Əmirliklərinin “Əl-Əyn” klubunda (2017/18) köməkçi məşqçi, “Əl-Əyn”in U-21 komandasında (2018/19) baş məşqçi vəzifəsində çalışıb. 2016/17 mövsümündə 1 ay Zaqreb “Dinamo”unda, 2018/19 mövsümündə isə 3 oyunda “Əl-Əyn”də baş məşqçi funksiyasını yerinə yetirib. “Əl-Əyn”lə BƏƏ çempionluğunu və “Prezident kuboku”nu qazanıb (2017/18). Bu klubun U-21 komandası ilə ölkə çempionu olub (2018/19).

31 yaşlı xorvatiyalı mütəxəssis Marko Lozo Sopiçin köməkçisi təyin olunub. Xatırladaq ki, müvəqqəti olaraq baş məşqçi funksiyasını yerinə yetirən İqor Ponomaryov klubda Müşahidə Şurasının üzvü kimi fəaliyyətini davam etdirəcək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

06.06.2020

13:03  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

05.06.2020

18:39  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

03.06.2020

02.06.2020

01.06.2020

   
  O Q H M T-f X
1. Qarabağ 17 11 5 1 31-7 38  
2. Neftçi 16 7 6 3 23-12 27  
3. Keşlə 16 7 5 4 20-14 26  
4. Sumqayıt 17 6 4 7 21-23 22  
5. Zirə 17 5 5 7 20-29 20  
6. Sabah 17 5 4 8 19-23 19  
7. Səbail 17 5 3 9 14-26 18  
8. Qəbələ 17 3 4 10 18-32 13  
08.02Qarabağ 0-0Neftçi
08.02Sumqayıt 1-0Zirə
07.02Sabah 3-2Qəbələ
07.02Keşlə 0-1Səbail
15.02Zirə -Qarabağ
15.02Sumqayıt -Sabah
16.02Neftçi -Keşlə
16.02Səbail -Qəbələ