“Keşlə”dən yubiley qələbəsi

06.12.2019 | 1248 dəfə oxunub

Azərbaycan kubokunun 1/8 final mərhələsi “Keşlə” üçün əlamətdar hadisə ilə yadda qalıb. Stadium.Az xəbər verir ki, müxtəlif illərdə “Xəzər Universiteti” və “İnter” adları altında da çıxış edən Bakı klubu yarışın tarixində 50-ci qələbəsini qazanıb.

Paytaxt təmsilçisinin yubileyi 1/8 finalın “Kəpəz”lə görüşünə təsadüf edib. Bu qələbələrdən 29-u evdə, 20-si səfərdə, 1-i neytral meydanda qazanılıb.

3:1 hesabı ilə qalib gələn “Keşlə” kubokda 50 və daha çox qələbə qazanan 4-cü komanda kimi tarixə düşüb. Yalnız üç komanda – “Neftçi”, “Qarabağ” və “Kəpəz”in qalib gəldiyi matçların sayı daha çoxdur.

“Kəpəz”in qapısına vurulan 3-cü top “Keşlə”nin öz meydanında vurduğu 90-cı qol olub. Yubiley topuna Xəzər Mahmudov imza atıb. Bakılılar həm də evdə 40-cı qolu buraxıb. Qonaqların heyətində Nodar Məmmədov fərqlənib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

03.04.2020

02.04.2020

01.04.2020

31.03.2020

30.03.2020

   
  O Q H M T-f X
1. Qarabağ 17 11 5 1 31-7 38  
2. Neftçi 16 7 6 3 23-12 27  
3. Keşlə 16 7 5 4 20-14 26  
4. Sumqayıt 17 6 4 7 21-23 22  
5. Zirə 17 5 5 7 20-29 20  
6. Sabah 17 5 4 8 19-23 19  
7. Səbail 17 5 3 9 14-26 18  
8. Qəbələ 17 3 4 10 18-32 13  
08.02Qarabağ 0-0Neftçi
08.02Sumqayıt 1-0Zirə
07.02Sabah 3-2Qəbələ
07.02Keşlə 0-1Səbail
15.02Zirə -Qarabağ
15.02Sumqayıt -Sabah
16.02Neftçi -Keşlə
16.02Səbail -Qəbələ