Ayxan Abbasov: "Biz yuxarı pillələri istəyiriksə, bunu rəhbərlik fikirləşməlidir"

20.12.2019 | 6074 dəfə oxunub

"Yarımfinala çıxmaq sevindiricidir. "Neftçi"ni keçmək ikiqat sevindiricidir. Uşaqlara təşəkkür etdim. İlk oyunda başqa, indi başqa futbol oynadıq. Futbolçularım dediklərimizi etməyə çalışdı və etdi. 1 ildir ki, "Sumqayıt"dayam. Çalışırıq ki, nələrisə dəyişək. Rəqib də bizi təəccübləndirdi. Bəzi dəyişikliklər edəcəyini gözləyirdik. Normal mübarizə apardıq".

Stadium.Az xəbər verir ki, bu sözləri “Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasov Azərbaycan kubokunun 1/4 final mərhələsi çərçivəsində “Neftçi”yə qarşı keçirdikləri cavab oyunundan (0:0, ilk oyun 1:0) sonra keçirilən mətbuat konfransında deyib.
 
"Aleksey İsayevin yoxluğuna gəlincə, ona özüm icazə vermişəm. Toy mərasimi var, normaldı. Bizim komanda tək bir addan ibarət deyil. Futbolçunun da həyatında belə bir hadisə bir dəfə olur. Uduzsaydıq belə, ona bağlamayacaqdıq. Bu gün onun yerində oynayan Xəyal Nəcəfov daha yaxşı çıxış etdi" - deyə o bildirib.
 
Abbasovun sözlərinə görə, qışdan sonra çox çətin olacaq: "Yaxşı mənada dəstək lazımdır. Bu gün gənclərin inkişafı göz qabağındadır. Biz yuxarı pillələri istəyiriksə, bunu rəhbərlik fikirləşməlidir. Hər məşqçi istəyir ki, yer də tutsun, kubok da qazansın. Qışdan sonra bütün rəqiblər güclənir. Vuruşacağıq. Əsas kollektiv oyunudu və biz bunu iki matçda da bacardıq. "Neftçi"nin futbolçuları ustalıq səviyyəsi baxımından Azərbaycanda 1 nömrədir. Amma bu gün biz sübut etdik ki, biz də yaxşılara layiqik. Yarımfinalda "Qarabağ"la qarşılaşmaq istəyirəm”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail