14 oyunda 20 futbolçu

24.12.2019 | 2236 dəfə oxunub

Azərbaycan Premyer Liqasında mövsümün ilk yarısının 14 turunda “Zirə”nin heyətində 20 futbolçu meydana çıxıb.

Stadium.Az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Elvin Camalovla Cavid Hüseynov hamıdan çox – hərəyə 13 oyun keçirib. Elvin dəqiqə baxımından meydanda ən çox vaxt keçirən futbolçudur.

Legionerlər arasında Alvaro Ampuero daha çox – 12 matçda şans qazanıb. 20 oyunçudan 16-sı qarşılaşmaların yarıdan çoxunda - ən azı 8 görüşdə meydana çıxıb.

Bu futbolçulardan 11-i legioner, 9-u yerli futbolçudur.

“Zirə”nin 10 üzvü mövsümün ilk yarısında qol vurub. Nicat Süleymanov və Xulio Sezar Rodrigez hamıdan çox – 4 dəfə fərqlənib. Cavid Hüseynovla Riçard Qadzenin hesabında 2 top var.

İlk yarıda iki qapıçı meydana çıxıb. Orxan Sadıqlı və Boyan Zoqoviç hərəyə 7 oyun keçirib və eyni sayda – 11 qol buraxıb.

“Zirə” 2 dəfə penalti imkanı qazanıb. Xulio Sezar Rodrigez dəqiq olubsa, Cavid Hüseynov şansı qaçırıb. Komandanın qapısına təyin olunan iki 11 metrlik cərimə zərbəsi qolla nəticələnib. Bu zərbələrin hərəsi bir qolkiperin qapısına vurulub.

İlk iki dövrədə “Zirə”nin futbolçuları 39 sarı vərəqə alıblar. Xəbərdarlıqlar 15 nəfərin passivinə yazılıb. Oyunçularımız qırmızı vərəqə ilə cəzalanmayıblar.

“Zirə” mövsümün ilk yarısını iki baş məşqçinin rəhbərliyi altında keçirib. İlk 7 oyunda Samir Abasov, sonra isə Zaur Həşimov komandaya başçılıq edib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

14.08.2020

11:10  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

13.08.2020

12:17  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

01:04  "Atalanta" - PSJ - 1:2 VİDEO

12.08.2020

11.08.2020

13:13  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

00:51  "İnter" - "Bayer" - 2:1 VİDEO

10.08.2020

13:32  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

09.08.2020

12:09  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

08.08.2020

07.08.2020

12:51  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

   
  O Q H M T-f X
1. Qarabağ 20 13 6 1 34-7 45  
2. Neftçi 20 10 7 3 34-14 37  
3. Keşlə 20 8 6 6 27-21 30  
4. Zirə 20 6 5 9 25-37 23  
5. Sumqayıt 20 6 5 9 24-31 23  
6. Sabah 20 5 6 9 19-27 21  
7. Səbail 20 5 5 10 16-30 20  
8. Qəbələ 20 5 4 11 15-35 19  
21.06Zirə ---Neftçi
21.06Sabah ---Keşlə
21.06Qarabağ ---Qəbələ
21.06Sumqayıt ---Səbail
21.06Qarabağ -Qəbələ
21.06Sumqayıt -Səbail
21.06Zirə -Neftçi
21.06Sabah -Keşlə