Kamran Quliyev: "Yeni çalışdırıcı axtarışında deyilik"

20.01.2020 | 1264 dəfə oxunub

"Neftçi"nin prezidenti Kamran Quliyev Roberto Bordinin istefaya göndərilməsindən danışıb.

Stadium.Az xəbər verir ki, o, "CBC Sport"a açıqlamasında italiyalı mütəxəssislə dostcasına ayrıldıqlarını bildirib. Klub rəsmisi məşqçinin heç bir şərt irəli sürmədiyini söyləyib:

"10 gün bundan əvvəl Müşahidə Şurasının qərarı ictimaiyyətə çatdırılmışdı. Amma sonrakı gedişat bizim üçün bu addımı atmağa səbəb oldu. Vəziyyət ürəkaçan deyildi. Dostcasına ayrıldıq. Bordin tərəfdən heç bir şərt irəli sürülməyib. Təbii ki, biz hər şeyi izah etdik. Ona gələcək işində müvəffəqiyyətlər arzuladıq, təşəkkürümüzü bildirdik. Hesab edirəm ki, Bordinin dövrü "Neftçi"nin tarixinə, kitabına yazılacaq. Eyni zamanda, bizim təklif etdiyimiz bütün şərtlərə razılıq verdi və onunla vidalaşdıq".

Quliyev yeni baş məşqçi məsələsinə də toxunub: "Bizim güclü komandamız var. Füzuli müəllim də əlindən gələni edəcək, komandamızı daha yaxşı vəziyyətə gətirəcək. Yalnız bundan sonra baş məşqçi barədə söhbət edə bilərik. Bu gün Füzuli Məmmədov bizim baş məşqçimizdir. Yeni çalışdırıcı axtarışında deyilik və komandanı mövsümün sonuna kimi o çalışdıracaq".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

05.04.2020

04.04.2020

03.04.2020

02.04.2020

01.04.2020

   
  O Q H M T-f X
1. Qarabağ 17 11 5 1 31-7 38  
2. Neftçi 16 7 6 3 23-12 27  
3. Keşlə 16 7 5 4 20-14 26  
4. Sumqayıt 17 6 4 7 21-23 22  
5. Zirə 17 5 5 7 20-29 20  
6. Sabah 17 5 4 8 19-23 19  
7. Səbail 17 5 3 9 14-26 18  
8. Qəbələ 17 3 4 10 18-32 13  
08.02Qarabağ 0-0Neftçi
08.02Sumqayıt 1-0Zirə
07.02Sabah 3-2Qəbələ
07.02Keşlə 0-1Səbail
15.02Zirə -Qarabağ
15.02Sumqayıt -Sabah
16.02Neftçi -Keşlə
16.02Səbail -Qəbələ