Tərlan Əhmədov: “Komandamın bu gün sərgilədiyi oyun məni sevindirdi"

22.01.2020 | 1197 dəfə oxunub

“Komandamın bu gün sərgilədiyi oyun məni sevindirdi. Məğlubiyyət üzücü olsa da, hesaba o qədər də önəm verməmək lazımdır. Ötən qarşılaşmadan fərqli olaraq bu gün daha hərəkətli idik. Uduzmağımıza baxmayaraq, futbolçulardan tələb etdiyim oyunu meydanda gördüm".

Stadium.Az xəbər verir ki, bu sözləri "Keşlə"nin baş məşqçisi Tərlan Əhmədov  Antalyadakı təlim-məşq toplanışı çərçivəsində keçirdikləri "Arsenal"la yoxlama oyunundan sonra deyib.

O, klubun mətbuat xidmətinə açıqlamasında 2:1 hesablı məğlubiyyəti belə şərh edib: "İkinci hissənin gedişində əsas heyətinin çox hissəsini dəyişdik və bu, tempin azalmasına gətirib çıxardı. Lakin bu hazırlıq matçıdır və belə halları normal qarşılamaq lazımdır.İndiki mərhələdə əsas məqsədimiz komandamızın oyununu təkmilləşdirməkdir. Mövsümün ikinci yarısının ilk matçına qədər buraxdığımız səhvlər üzərində çalışmalıyıq və onları aradan qaldırmalıyıq. İki gün sonra Slovakiyanın “Zemplin” komandasına qarşı matçımız var və inanıram ki, daha nizamlı, sürətli və diqqətli oynayacağıq”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

31.03.2020

30.03.2020

29.03.2020

28.03.2020

27.03.2020

26.03.2020

25.03.2020

   
  O Q H M T-f X
1. Qarabağ 17 11 5 1 31-7 38  
2. Neftçi 16 7 6 3 23-12 27  
3. Keşlə 16 7 5 4 20-14 26  
4. Sumqayıt 17 6 4 7 21-23 22  
5. Zirə 17 5 5 7 20-29 20  
6. Sabah 17 5 4 8 19-23 19  
7. Səbail 17 5 3 9 14-26 18  
8. Qəbələ 17 3 4 10 18-32 13  
08.02Qarabağ 0-0Neftçi
08.02Sumqayıt 1-0Zirə
07.02Sabah 3-2Qəbələ
07.02Keşlə 0-1Səbail
15.02Zirə -Qarabağ
15.02Sumqayıt -Sabah
16.02Neftçi -Keşlə
16.02Səbail -Qəbələ