Füzuli Məmmədov: "Azlıqda qalanda çətin olur"

01.02.2020 | 973 dəfə oxunub

"Neftçi"nin baş məşqçisi Füzuli Məmmədov Azərbaycan Premyer Liqasının 15-ci turunda  “Sumqayıt”la oyundan (1:1) sonra mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb: 

- Çox gərgin oyun oldu. Belə gərginliyin olacağını öncədən də bilirdik. Komandanı buna hazırlamışdıq. Bir səhv oyunun taleyini dəyişdi. Məcbur olduq ki, planımızdan çıxaq. Ancaq sonradan etdiyimiz dəyişikliklər, futbolçuların əzmkarlığı komandanı məğlubiyyətdən qurtardı. “Neftçi” “Neftçi”dir. “Neftçi” hər oyuna qələbə üçün çıxmalıdır.

- Rəqib müdafiənizi çox asan yarırdı…

- Azlıqda qalanda çətin olur. Rəqibin sürətli futbolçuları var. 10 nəfərlə qaldıqda komandaya güc çox düşür. Müdafiəçilərimiz bu gün fədakarlıq etdilər.

- Orta xəttlə hücuma baxanda müdafiədə keyfiyyətin çatışmadığını demək olar?

- Xeyr, deməzdim. Oyunda hər zaman güc orta xəttə düşür. Futbolçularımı anlayıram. Onlara zaman lazımdır ki, tələbləri istədiyimiz vaxtda yerinə yetirsinlər.

- Oyundan sonra Baqali Dabonu çağırdınız, ancaq o, paltardəyişmə otağına yollandı.

- Dabonun elə hərəkəti oldu. Ancaq bu, normaldır. Matçdan sonra futbolçular aqressiv olur. Biz də Dabonun üzərinə çox getməməliyik. Dabo əvvəlkindən daha istəklidir. Bu, məni sevindirir. Ancaq o hərəkətlərə gələndə, qalib gələ bilməyəndə futbolçularda aqressiya olur. Azarkeşlərimizə də təşəkkür edirəm. Bu gün bizi dəstəklədilər. Onlara tərəf getmək istəyirdik, ancaq onlar məyusluqla meydanı tərk etdikdən sonra geri qayıtdıq.

- İki mərkəz müdafiəçiniz qalıb. “Qarabağ”la oyunda bu, problem olmayacaq?

- Yox, belə düşünmürəm. "Qarabağ”la oyunda Mbodj meydanda olacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

08.04.2020

07.04.2020

06.04.2020

05.04.2020

04.04.2020

03.04.2020

02.04.2020

   
  O Q H M T-f X
1. Qarabağ 17 11 5 1 31-7 38  
2. Neftçi 16 7 6 3 23-12 27  
3. Keşlə 16 7 5 4 20-14 26  
4. Sumqayıt 17 6 4 7 21-23 22  
5. Zirə 17 5 5 7 20-29 20  
6. Sabah 17 5 4 8 19-23 19  
7. Səbail 17 5 3 9 14-26 18  
8. Qəbələ 17 3 4 10 18-32 13  
08.02Qarabağ 0-0Neftçi
08.02Sumqayıt 1-0Zirə
07.02Sabah 3-2Qəbələ
07.02Keşlə 0-1Səbail
15.02Zirə -Qarabağ
15.02Sumqayıt -Sabah
16.02Neftçi -Keşlə
16.02Səbail -Qəbələ