Füzuli Məmmədov: "Dario taktiki gediş var idi ki, onu başa düşmürdü"

09.02.2020 | 1078 dəfə oxunub

“Neftçi”nin baş məşqçisi Füzuli Məmmədov Azərbaycan Premyer Liqasının 16-cı turunda “Qarabağ”la qolsuz bərabərə qaldıqları oyundan sonra mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb: 

- Bilirdik ki, necə komandaya qarşı oynayacağıq. Rəqibin gücündən danışmağa ehtiyac yoxdur. Güclü komandadır. Oyuna ciddi hazırlaşmışdıq. Qalib gəlmək istəyirdik. Azarkeşlər bizdən hər zaman bunu gözləyirlər. Heyf ki, alınmadı. Onlar hər zaman qələbəyə layiqdirlər. Sabah “Forza Neftçi”nin ad günüdür. İnanıram ki, qarşıdakı oyunlarda onları sevindirəcəyik.

- Qapı xəttindəki dəyişiklik nə ilə bağlı idi?

- Bizim iki təcrübəli qapıçımız var, hər ikisinə güvənməliyik. Aqil Məmmədov Türkiyədəki toplanış zamanı da özünü yaxşı tərəfdən göstərmişdi. Sadəcə, seçimimizi bu gün belə etdik.

- İlk hissədə Stiven Jozef-Monrozu 2 dəfə məşq etməyə göndərdiniz. Dario Frederikonu əvəzləmək istəyirdiniz?

- Dario taktiki gediş var idi ki, onu başa düşmürdü. Amma getdikcə vəziyyəti düzəltdi.

- Qol üçün nə çatmadı?

- Qol vurmaq istəyirdik. Namiq Ələskərovun epizodunda bir az dəqiqlik çatmadı. Üstəlik, “Qarabağ”ın müdafiəçiləri də yaxşı oynadı.

- Bu heyətlə çempion ola bilərsiniz?

- Bu, futboldur. Futbolçularla aramızda uyğunlaşma önəmlidir. Zamanla bu məsələni daha yaxşı düzəldəcəyik.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

08.04.2020

07.04.2020

06.04.2020

05.04.2020

04.04.2020

03.04.2020

02.04.2020

   
  O Q H M T-f X
1. Qarabağ 17 11 5 1 31-7 38  
2. Neftçi 16 7 6 3 23-12 27  
3. Keşlə 16 7 5 4 20-14 26  
4. Sumqayıt 17 6 4 7 21-23 22  
5. Zirə 17 5 5 7 20-29 20  
6. Sabah 17 5 4 8 19-23 19  
7. Səbail 17 5 3 9 14-26 18  
8. Qəbələ 17 3 4 10 18-32 13  
08.02Qarabağ 0-0Neftçi
08.02Sumqayıt 1-0Zirə
07.02Sabah 3-2Qəbələ
07.02Keşlə 0-1Səbail
15.02Zirə -Qarabağ
15.02Sumqayıt -Sabah
16.02Neftçi -Keşlə
16.02Səbail -Qəbələ