İK üç futbolçunu 4 oyunluq cəzalandırdı
AFFA İntizam Komitəsinin bu gün növbəti iclası keçirilib. Stadium.az xəbər verir ki, iclasda əvəzedici heyətlər arasında keçirilən çempionatın son turu ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:
Azərbaycan Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətləri arasında keçirilən 20-ci turunun “Bakı” – “Qarabağ” matçının 65-ci dəqiqəsində “Qarabağ” klubunun 4 №-li futbolçusu Kamil Hüseynov aqressiv oyuna görə (rəqibə başla zərbə) birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanıb, klub 2000 manat cərimə olunub.
Azərbaycan Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin XX turunun “Xəzər Lənkəran” – AZAL matçda “Xəzər Lənkəran” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunub. Oyunun 88-ci dəqiqəsində “Xəzər Lənkəran” klubunun 90 №-li futbolçusu Fikrət Ulduzlun hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanıb, klub 2000 manat cərimə olunub.
Azərbaycan Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin XX turunun “Sumqayıt” – “Neftçi” matçda “Sumqayıt” klubunun 7 №-li futbolçusu Aydın Qasımov simulyasiyaya görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanıb, klub 100 manat cərimə olunub.
Azərbaycan Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin XX turunun “Kəpəz” – “İnter” matçının 89-cu dəqiqəsində “İnter” klubunun məşqçisi Üzeyir İbrahimov hakimlərin qərarına etiraz etdiyinə görə texniki zonadan kənarlaşdırıldığı üçün məşqçi 1 oyunluq cəzalanıb, klub 500 manat cərimə olunub.
Azərbaycan Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin XX turunun “Simurq” – “Qəbələ” matçında “Qəbələ” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunub. Oyunun 61-ci dəqiqəsində “Simurq” klubunun 11 №-li futbolçusu İlkin Qırtımov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 2 oyunluq cəzalanıb, klub 1000 manat cərimə olunub.
Azərbaycan Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin XX turunun “Rəvan” – “Turan” matçında “Rəvan” klubunun 4, “Turan” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün hər iki klub 500 manat cərimə olunub. Oyunun 61-ci dəqiqəsində “Rəvan” klubunun 17 №-li futbolçusu Muxtar İsmayılov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 2 oyunluq cəzalanıb, klub 1000 manat cərimə olunub. Oyunun 63-cü dəqiqəsində “Turan” klubunun 11 №-li futbolçusu Səbuhi İsmayılov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanıb, klub 2000 manat cərimə olunub.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |