Tərlan Əhmədov: "Bu əzmkarlıq və istəyin davamını gətirməliyik"

22.02.2020 | 849 dəfə oxunub

"Qələbə hər zaman xoş hisslər yaradır. Ardıcıl iki oyun məğlub olmuşduq. Bu gün istədiyim komandanı meydanda gördüm".

Stadium.Az xəbər verir ki, bu sözləri "Keşlə"nin baş məşqçisi Tərlan Əhmədov Premyer Liqanın 18-ci turunda "Zirə" ilə oyundan sonra mətbuat konfransında deyib.

4:0 hesablı qəəbəni şərh edən çalışdırıcı qarşıda daha çətin oyunlar olacağını bildirib: "Bu əzmkarlıq və istəyin davamını gətirməliyik. İki məğlubiyyətdən sonra kollektivi motivasiya etmək çox çətindir. Futbolçuları qələbə münasibətilə təbrik edirəm. Daha çətin oyunlarımız olacaq. Bu qarşılaşmanı unutmalıyıq".

Tərlan Əhmədov komandanın bombardiri Lorenzo Frutosun oynamamasının səbəbini də açıqllayıb: "Neftçi" ilə oyundan sonra tempraturu qalxmışdı. Frutos bir neçə məşqləri buraxdı. Hələ ki, tam formasında deyil. Rəqibin müdafiəsinə görə Aleksandr Kristovaoya şans verdik".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

08.04.2020

07.04.2020

06.04.2020

05.04.2020

04.04.2020

03.04.2020

02.04.2020

   
  O Q H M T-f X
1. Qarabağ 17 11 5 1 31-7 38  
2. Neftçi 16 7 6 3 23-12 27  
3. Keşlə 16 7 5 4 20-14 26  
4. Sumqayıt 17 6 4 7 21-23 22  
5. Zirə 17 5 5 7 20-29 20  
6. Sabah 17 5 4 8 19-23 19  
7. Səbail 17 5 3 9 14-26 18  
8. Qəbələ 17 3 4 10 18-32 13  
08.02Qarabağ 0-0Neftçi
08.02Sumqayıt 1-0Zirə
07.02Sabah 3-2Qəbələ
07.02Keşlə 0-1Səbail
15.02Zirə -Qarabağ
15.02Sumqayıt -Sabah
16.02Neftçi -Keşlə
16.02Səbail -Qəbələ