Zaur Həşimov: "Komandada böyük problemlər var"

01.03.2020 | 817 dəfə oxunub

"Zirə"nin baş məşqçisi Zaur Həşimov Premyer Liqanın 19-cu turunda "Qəbələ"yə uduzduqları oyundan (1:2) sonra mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Evdə qələbə qazanıb ümumən turnir cədvəlində vəziyyətimizi düzəltmək istəyirdik. Oyun istədiyimiz kimi gedirdi, qol da vurduq. Sonradan şanslardan istifadə edə bilmədik. Daha sonra oyunun gedişatı dəyişdi. Təəsüf ki, bu tur da istəyimizə nail ola bilmədik.

- Hər iki qolda Orxan Sadıqlının səhvi var idi. Hesab etmirsiniz ki, ən zəif bəndiniz qapıçınızdır?

- Bir neçə oyundur bu barədə danışılır. Az qala qapımıza gedən hər zərbə qolla nəticələnir. Meydanda legioner oynatmaq üçün məcburam ki, Orxanı qapıya qoyum. 

- İkinci hissədə sönük olmağınız nə ilə bağlı idi?

- Əslində, bir neçə hücumumuz oldu. Hesabda öndə olanda istər-istəməz komanda geri çəkilir.

Meydanın mərkəzində top paylayan yox idi. Cavid Hüseynovun yoxluğunda bu işi görə biləcək futbolçunuz olmur?

- Ümumən, komandada böyük problemlər var. Cavid cəzalı, Tellur zədəlidir. İstəsək də, əvəzetmələrdən oyunu gücləndirə bilmirik. Ortadakı futbolçularımız müdafiəyəmeyllilər idi. Buna görə də orada topu saxlamaqda çətinlik çəkirdik.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

06.04.2020

05.04.2020

04.04.2020

03.04.2020

02.04.2020

01.04.2020

   
  O Q H M T-f X
1. Qarabağ 17 11 5 1 31-7 38  
2. Neftçi 16 7 6 3 23-12 27  
3. Keşlə 16 7 5 4 20-14 26  
4. Sumqayıt 17 6 4 7 21-23 22  
5. Zirə 17 5 5 7 20-29 20  
6. Sabah 17 5 4 8 19-23 19  
7. Səbail 17 5 3 9 14-26 18  
8. Qəbələ 17 3 4 10 18-32 13  
08.02Qarabağ 0-0Neftçi
08.02Sumqayıt 1-0Zirə
07.02Sabah 3-2Qəbələ
07.02Keşlə 0-1Səbail
15.02Zirə -Qarabağ
15.02Sumqayıt -Sabah
16.02Neftçi -Keşlə
16.02Səbail -Qəbələ