Rəşad Sadıqov: "Ona karyeramı bitirmək barədə qərarımın qəti olduğunu bildirdim"

10.03.2020 | 570 dəfə oxunub

“Düzü, mən ötən mövsümün sonunda karyeramı bitirmək istəyirdim. Baş məşqçimiz Qurban Qurbanovla da bu barədə söhbətim olmuşdu. Onunla görüşümüzdən sonra klub tərəfindən mənə iki illik müqavilə təklif olundu. Amma bir illik müqavilə bağlayıb, daha sonra karyeramla bağlı qərar vermək istədim”.

Stadium.Az xəbər verir ki, bunu “Qarabağ”ın kapitanı Rəşad Sadıqov açıqlamasında deyib.

37 yaşlı futbolçu hələ yanvarda karyerasını bitirməyin qəti olduğunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanova dediyini bildirib: “Komandamız yanvarda Antalyada təlim-məşq toplanışında olan vaxt Qurban müəllimlə yenidən bu yöndə söhbətimiz oldu. Ona karyeramı bitirmək barədə qərarımın qəti olduğunu bildirdim.

Sadəcə, bu barədə danışmaq istəmirdim. Düşünürdüm ki, futbolçu karyeramı bitirməyimi çempionatın son turlarına yaxın elan edərəm. Bilirsiniz ki, milli komandada da karyeramı bitirərkən seçmə mərhələnin sonuna 1-2 oyun qalmış bunu bildirmişdim.

Amma iki gün əvvəl Qurban müəllimə mətbuat konfransında bu barədə sual verildi. O, bu sualı cavablandırdığından artıq bunu təsdiqləyə bilərəm. Cari mövsüm futbolçu kimi iştirak etdiyim sonuncu çempionatdır”.

Rəşad Sadıqov səkkiz dəfə Azərbaycan çempionu olub, dörd dəfə ölkə kubokunu qazanıb. O, bu uğurlarına “Neftçi” və “Qarabağ” komandaları ilə nail olub.

Beş dəfə Azərbaycanda ilin futbolçusu adına yiyələnmiş təcrübəli futbolçu, 2006-cı ildə Türkiyənin “Kayserispor” klubu ilə İntertoto Kubokunu da qazanıb. (ozu.az)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

03.04.2020

02.04.2020

01.04.2020

31.03.2020

30.03.2020

   
  O Q H M T-f X
1. Qarabağ 17 11 5 1 31-7 38  
2. Neftçi 16 7 6 3 23-12 27  
3. Keşlə 16 7 5 4 20-14 26  
4. Sumqayıt 17 6 4 7 21-23 22  
5. Zirə 17 5 5 7 20-29 20  
6. Sabah 17 5 4 8 19-23 19  
7. Səbail 17 5 3 9 14-26 18  
8. Qəbələ 17 3 4 10 18-32 13  
08.02Qarabağ 0-0Neftçi
08.02Sumqayıt 1-0Zirə
07.02Sabah 3-2Qəbələ
07.02Keşlə 0-1Səbail
15.02Zirə -Qarabağ
15.02Sumqayıt -Sabah
16.02Neftçi -Keşlə
16.02Səbail -Qəbələ