Azərbaycan Premyer Liqası da azarkeşsiz keçiriləcək

11.03.2020 | 424 dəfə oxunub

Azərbaycan Premyer Liqasının növbəti iki turunun oyunları azarkeşsiz keçiriləcək. Stadium.Az PFL-in saytına istinadən xəbər verir ki, kronavirusun yayılma təhlükəsini nəzərə alan qurum martın 14-15-də keçiriləcək 21-ci və martın 21-22-də təşkil olunacaq 22-ci turun görüşlərinin boş tribunalar önündə keçirilməsini məqsədəuyğun sayıb.

Üçüncü dövrənin son turu çərçivəsində martın 14-də “Qarabağ” – “Qəbələ” və “Sabah” – “Keşlə”, ertəsi gün “Sumqayıt” – “Səbail” və “Neftçi” – “Zirə” matçları keçiriləcək.

Dördüncü dövrə isə martın 21-dəki “Zirə” – “Sumqayıt” və “Səbail” – “Keşlə” qarşılaşmaları ilə başlayacaq. Ertəsi gün “Neftçi” – “Qarabağ” və “Qəbələ” – “Sabah” matçları tamaşaçısız keçiriləcək.

Birinci divizionun isə 19 və 20-ci turunun oyunları azarkeşsiz olacaq.

PFL prezidenti Ramin Musayevin imzaladğı əmrə əsasən oyunun keçirilməsinə cavabdeh olan şəxslərin, eləcə də KİV nümayəndələrinin PFL vəsiqələrini təqdim etdikləri halda stadiona buraxılması təmin olunacaq. Əmrdən irəli gələnlərin həyata keçirilməsini meydan sahibi komanda təmin etməlidir.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

01.04.2020

31.03.2020

30.03.2020

29.03.2020

28.03.2020

   
  O Q H M T-f X
1. Qarabağ 17 11 5 1 31-7 38  
2. Neftçi 16 7 6 3 23-12 27  
3. Keşlə 16 7 5 4 20-14 26  
4. Sumqayıt 17 6 4 7 21-23 22  
5. Zirə 17 5 5 7 20-29 20  
6. Sabah 17 5 4 8 19-23 19  
7. Səbail 17 5 3 9 14-26 18  
8. Qəbələ 17 3 4 10 18-32 13  
08.02Qarabağ 0-0Neftçi
08.02Sumqayıt 1-0Zirə
07.02Sabah 3-2Qəbələ
07.02Keşlə 0-1Səbail
15.02Zirə -Qarabağ
15.02Sumqayıt -Sabah
16.02Neftçi -Keşlə
16.02Səbail -Qəbələ