"Qəbələ"də 41 kapitan

06.04.2020 | 771 dəfə oxunub

Koronavirus pandemiya üzündən dayandırılan 2019/20 mövsümündə 24 oyun keçirən “Qəbələ”ni bu matçlara 4 kapitan çıxarıb.

Stadium.Az klubun saytına istinadən xəbər verir ki, Azərbaycan Premyer Liqasındakı 20 qarşılaşmada Anar Nəzirov 15, Asif Məmmədov 3, Qismət Alıyevlə Rasim Ramaldanov hərəyə bir dəfə kapitan sarğısını daşıyıb. UEFA Avropa Liqası və Azərbaycan kubokunun hərəsində 2 görüşə çıxan “qırmızı-qaralar”ın kapitanlığı bu 4 matçda da Nəzirova həvalə edilib.

Həm Anar, həm də Qismətlə Rasim komandanın kapitanı vəzifəsindəki debütlərini cari mövsümdə gerçəkləşib. Əvvəlki illərdə də 9 matça bu sarğı ilə çıxan Asif isə göstəricisini 12-yə çatdırıb.

Ümumilikdə isə klub tarixinin 546 oyununda 41 futbolçu kapitan kimi matça başlayıb. Onlar arasında rekordçu Cavid Hüseynovdur. Yarımmüdafiəçi 72 görüşdə kapitan sarğısını daşıyıb. Kənan Kərimov 49, Rəşad Sadiqov 39 dəfə bu funksiyanı yerinə yetirib.

Cari mövsümdəki 19 matçla Nəzirov ümumi siyahıda İbrahim Hüseynova çataraq 12-ci yerə şərik olub. O, qapıçılar arasında Kamran Ağayev (31) və Xəyal Zeynalovdan (22) sonra üçüncüdür. Ümumi cədvəldə Ağayev 4-cü yerdə qərarlaşıb. Legionerlər arasında rekordçu isə Dododur. Braziliyalı ümumi siyahıda 5-cidir. O, 30 oyuna kapitan kimi çıxıb. Onu aktivində 24 belə matç olan Lyubo Baraninlə milliləşən legioner Vladimir Levin izləyir. Ümumilikdə, 19 futbolçunun kapitanlıq sayı 10 və daha çoxdur.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



   
  O Q H M T-f X
1. Qarabağ 17 11 5 1 31-7 38  
2. Neftçi 16 7 6 3 23-12 27  
3. Keşlə 16 7 5 4 20-14 26  
4. Sumqayıt 17 6 4 7 21-23 22  
5. Zirə 17 5 5 7 20-29 20  
6. Sabah 17 5 4 8 19-23 19  
7. Səbail 17 5 3 9 14-26 18  
8. Qəbələ 17 3 4 10 18-32 13  
08.02Qarabağ 0-0Neftçi
08.02Sumqayıt 1-0Zirə
07.02Sabah 3-2Qəbələ
07.02Keşlə 0-1Səbail
15.02Zirə -Qarabağ
15.02Sumqayıt -Sabah
16.02Neftçi -Keşlə
16.02Səbail -Qəbələ