Essyen "Səbail"ə görə yüksək maaşdan imtina edib?

03.05.2020 | 5100 dəfə oxunub

"Çelsi"nin heyətində Çempionlar Liqasının qalibi olan Maykl Essyenin son 2 ölkədə məvacibləri müqayisə olunub. 

Stadium.az xəbər verir ki, 38 yaşlı qanalı yarımmüdafiəçinin "Səbail"dəki qazancı buna qədər çıxış etdiyi İndoneziyadan xeyli aşağı olduğu açıqlanıb. Bu haqda İndoneziya mətbuatı məlumat yayıb.

Essyenin qazancı Asiyada 800 min, Azərbaycanda 250 min avroya yaxın olub. Mayklın 2017-18-ci illərdə heyətində 29 matç keçirərək 5 qol vurduğu "Persib Bandunq"un baş məşqçisi olmuş Umux Muxtar təcrübəli futbolçunun onlarla yollarını təəssüflə ayırdığını bəyan edib: "Mayklın İndoneziyaya fantastik məvacib və dəbdəbəli şəraiti vardı. O, həmçinin "Persib Bandunq"dan getdiyinə görə üzüldü. Həmin dövrdə klub rəhbərliyi Essyeni 2018-ci il mövsümü üçün saxlamağı planlaşdırırıdı. Ancaq o, hansısa səbəbdən "Persib Bandunq"la müqaviləsini pozdu. Ola bilər ki, məsələ məşqçiylə bağlı idi. Hərçənd, müqaviləsi vardı. Ancaq nə edə bilərəm, bəlkə də gedişi mentalitetlə bağlı oldu. O, Persibdə uğursuzluq yaşadı".

"Səbail"ə ötən ilin martında keçən Mayklın müqaviləsi cari mövsümün sonunda bitir.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail