16 il penta-triksiz: Hüseynovdan Kərimova qədər

06.07.2020 | 1899 dəfə oxunub

Azərbaycan Premyer Liqası indiki adı aldığı vaxtdan heç bir futbolçu bir oyunda 5 top vurmayıb. Stadium.Az PFL-ə istinadla xəbər verir ki, ölkə çempionatları tarixinə təsadüf edən sonuncu penta-trik 2003/04 mövsümündə qeydə alınıb.16 il əvvəl – 2004-cü ilin martında ağır günlərini yaşayan Sumqayıt “Xəzər”i çempionluq uğrunda mübarizə aparan “Şəmkir”lə ev oyununda Kənan Kərimov qarşısında aciz qalıb. Forvard 5 qolla 7:0 hesablı qələbənin memarı olub. Bu, çempionatlar tarixində sonuncu penta-trikdir.

İlk belə nailiyyət isə 1992-ci ildə yaşanıb. “Neftçi”nin futbolçusu Yunis Hüseynov birinci penta-trikin müəllifi olub. Az keçməmiş onun komanda yoldaşı Samir Ələkbərov bunu səfərdə bacaran ilk futbolçu kimi tarixə düşüb. Həmin çempionatın bombardiri Nazim Əliyev də onlardan geri qalmayıb və ilk mövsüm rekord sayda – 3 penta-triklə əlamətdar olub.

1995/96 və 1998/99 mövsümlərində isə iki belə hadisə qeydə alınıb. Öncə Fazil Pərvərovla Əli Abbasov fərqlənib. VIII ölkə çempionatı isə ilk dəfə legionerin penta-triki ilə əlamətdar olub. Buna Jaba Tsiklauri imza atıb. Elə həmin mövsümdə Leonid Kalfa da bir matçda 5 qol vurub. Bu, “Neftçi”nin üzvlərinin 3-cü penta-triki olub ki, bakılılar bu göstəricidə hamıdan öndədir. “Şəmkir”in üzvləri 2 dəfə fərqlənib.

Bütün penta-triklər

1992 mövsümü – Yunis Hüseynov (“Neftçi”)

07.08.1992. “Neftçi” – “Xəzər” Lənkəran – 6:0

 

1992 mövsümü – Samir Ələkbərov (“Neftçi”)

03.10.1992. “Kürmük” – “Neftçi” – 2:6

 

1992 mövsümü – Nazim Əliyev (“Xəzər” Sumqayıt)

24.10.1992. “Xəzər” Sumqayıt – “Kürmük” – 8:0

 

1995/96 mövsümü – Fazil Pərvərov (“Kəpəz”)

30.08.1995. “Kəpəz” – OİK – 7:2

 

1995/96 mövsümü – Əli Abbasov (“Şəmkir”)

29.04.1996. “Şəmkir” – “Viləş” – 9:2

 

1998/99 mövsümü – Jaba Tsiklauri (“Turan”)

21.11.1998. “Turan” – “Şahdağ” – 8:0

 

1998/99 mövsümü – Leonid Kalfa (“Neftçi”)

07.02.1999. “Neftçi” – “Şahdağ” – 11:0

 

2003/04 mövsümü – Kənan Kərimov (“Şəmkir”)

13.03.2004. “Xəzər” Sumqayıt – “Şəmkir” – 0:7.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.08.2020

11.08.2020

13:13  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

00:51  "İnter" - "Bayer" - 2:1 VİDEO

10.08.2020

13:32  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

09.08.2020

12:09  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

08.08.2020

07.08.2020

12:51  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

01:32  "Sevilya" - "Roma" - 2:0 VİDEO

06.08.2020

13:21  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

01:29  "İnter" - "Xetafe" - 2:0 VİDEO

   
  O Q H M T-f X
1. Qarabağ 20 13 6 1 34-7 45  
2. Neftçi 20 10 7 3 34-14 37  
3. Keşlə 20 8 6 6 27-21 30  
4. Zirə 20 6 5 9 25-37 23  
5. Sumqayıt 20 6 5 9 24-31 23  
6. Sabah 20 5 6 9 19-27 21  
7. Səbail 20 5 5 10 16-30 20  
8. Qəbələ 20 5 4 11 15-35 19  
21.06Zirə ---Neftçi
21.06Sabah ---Keşlə
21.06Qarabağ ---Qəbələ
21.06Sumqayıt ---Səbail
21.06Qarabağ -Qəbələ
21.06Sumqayıt -Səbail
21.06Zirə -Neftçi
21.06Sabah -Keşlə