Premyer Liqada son 16 ilin rekordu
Azərbaycan Premyer Liqasında qış fasiləsi başlayıb. Stadium.Az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, 13 turdan sonra başa çatan mövsümün ilk bölümü liderlə autsayder arasında fərqin azlığı ilə diqqət çəkir. 1-ci pillədə qərarlaşan Neftçi-nin 24, sonuncu olan Sabah-ın 13 xalı var. İlk və son pillə arasında cəmi 11 xallıq fərq yaranıb.
Bu, 8 komandalı çempionatlar üçün mütləq rekorddur. Ardıcıl 5-ci dəfə eyni format və iştirakçı sayı ilə keçirilən yarışda komandalar heç vaxt qış fasiləsinə belə kiçik intervalda qərarlaşmamışdı. 2016-2017 mövsümündə fərq 24-ə bərabər olubsa, 2017/18-də liderlə autsayderi uçurum – 30 xal ayırıb. 2018-19 mövsümündə komandalar 23, 2019/20 mövsümündə isə 19 xal aralığında qərarlaşıb.
Daha çox komandanın mübarizə apardığı əvvəlki çempionatlara nəzər salsaq, 1-ci yerlə 8-ci pillə arasında fərq adətən daha çox olub. 12 il öncə bu rəqəm indiki kimi 11-ə bərabər idi. 2008-2009 mövsümündə qış fasiləsinə 13 turdan sonra lider kimi yollanan İnter (indiki Keşlə) 8-ci olan Standard-ı 11 xal qabaqlayıb. Bu iki göstərici son 16 mövsümün rekordudur.
Yeni ilə ilk 8 sırada qərarlaşanların daha kiçik fərqlə yollanmasına sonuncu dəfə 2004-2005 mövsümündə təsadüf olunub. 16 il öncə qış çempionu Qarabağ, 40, 8-ci sıradakı MKT-Araz 31 xal yığıb. 17 turdan sonra yaranan fasilədə fərq 9-a bərabər olub.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |