"Getdikcə epizodları daha yaxşı dəyərləndirəcəyimizə inanıram"

21.01.2021 | 3715 dəfə oxunub

“Oyun öncədən fikirləşdiyimiz kimi keçdi. Bilirdik ki, “Zirə” əks-hücumlarda güclüdür". Stadium.Az xəbər verir ki, bu sözləri "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev Azərbaycan Premyer Liqasının 14-cü turunda səfərdə "Zirə" ilə keçirilən oyundan sonra mətbuat konfransında deyib.

O, 0:2 hesablı məğlubiyyəti belə şərh edib: "Rəqibin heyətində sürətli və keyfiyyətli futbolçular var. Amma bizim də oyunla bağlı planımız var idi. Bunu – düşünülmüş hücumları meydanda da gördüm. Sadəcə, bu hücumları tamamlamaq çatışmırdı. Bunu hücumun son fazasında bir az diqqətsizlik və ya konsentrasiyanın az olması ilə əlaqələndirərdim. Çoxsaylı epizodları dəyərləndirə bilmədik. Bu qədər epizodu yaradıb, dəyərləndirməyəndə müdafiədə boşluq yaranır. “Zirə” də bu boşluqlardan istifadə etdi və qələbə qazandı".

Baxşıyev uduzmasına baxmayaraq, komandaya iradının olmadığını bildirib: "İlk gündən nəticə yox, öncə oyun, sonra nəticə istəmişəm. Komanda da nə istədiyimi bilir. Düşünülmüş hücumlar olmalıdır. Bunu da meydanda görürəm. Getdikcə epizodları daha yaxşı dəyərləndirəcəyimizə inanıram. Futbol adına hər şey etdik. Komandaya iradım yoxdur. Qələbə qazanmaq üçün epizodlardan istifadə etmək lazımdır”. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail