"Qarabağ" Sadiqovun durumuna üzülür

05.03.2012 | 4900 dəfə oxunub

“Qarabağ” Premyer Liqanın son oyununda ciddi itkiylə üzləşib. Stadium.az xəbər verir ki, Ağdam klubunun AZAL-ı 1:0 məğlub etdiyi matçdan öncə isinmə hərəkətləri zamanı komandanın kapitanı Rəşad Sadiqov zədələnərək meydana çıxa bilməmişdi.

28 yaşlı yarımmüdafiəçi artıq müayinə olunub. Sadiqovun durumuna aydınlıq gəlib. Rəşad 10 gün sonra qayıdacağına inanır:

"Topa hərəkət edərkən ayağımda kəskin ağrı hiss etdim. Xüsusi bir şey baş vermədi. Deməzdim ki, meydan düz deyildi və ya kimsə mənə toxundu. Sol tərəfdən qasıq nahiyəsində dartılma var. Öncə yırtıq olmasından şübhələndik. Amma şükürlər olsun ki, belə olmadı.  Azı, 1 həftə istirahət etməliyəm. Təbii ki, ən vacib məqamda zədələnməyim yerinə düşmədi. Oyunun başlamasına dəqiqələr qalmış baş verdiyinə görə komanda dəyişiklik etmək məcburiyyətində qaldı. Sağ olsun, uşaqlar, sona qədər mübarizə apardılar. İlk yarıda rəqib olduqca yaxşı oynadı. 2-ci hissədə komandamız əzmkarlıq nümayiş etdirdi.  Belə durumda komandaya kənardan baxmaq ağırdır.

Qarşıdan vacib oyunlar gəlir. Görünən odur ki, 10 gündən tez hazır olmayacam. Mənim yoxluğumdan danışmaq düzgün deyil. "Qarabağ"da kim oynayırsa, oynasın, komanda üçün vuruşur. Son oyunlarda uğurulu çıxış edirik. Seriyanı davam etdirmək lazımdı. Amma ilk mərhələdəki sonuncu rəqibimiz "Simurq" da asan rəqib deyil.  İlk növbədə bu oyunu fikirləşmək lazımdır".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail