Sənan Qurbanov: "Qonaq komanda bizə meydanda əziyyət verdi"

03.02.2021 | 4396 dəfə oxunub

“Rəqib bu gün də öz gücünü göstərdi. Komanda şəklində çox yaxşı müdafiə olundular. Qələbə qazandıq, amma qonaq komanda bizə meydanda əziyyət verdi".

Stadium.Az xəbər verir ki, bu sözləri "Keşlə"nin baş məşqçisi Sənan Qurbanov Azərbaycan kubokunun 1/4 finalının "Kəpəz"lə ilk oyunundan sonra mətbuat konfransında deyib.

Komandanın yeni çalışdırıcısı 1:0 hesablı qələbəni belə şərh edib: “Kəpəz”in 1/8 finalda "Sabah"ı 2:1 hesabı ilə yendiyi matçı analiz etmişdik. Bu gün də çox sıx oynadılar. Bacardığımız qədər müdafiəni yarmağa çalışdıq. İkinci oyunun necə olacağını zaman göstərəcək. Cavab görüşünə ciddi hazırlaşacağıq. Çünki qarşımızda güclü rəqib var. Bunu hamımız dərk edirik".
Qurbanov komandanın aparıcı futbolçularından Sezar Meza Kollini əvəzləməsinin səbəbini belə izah edib: "Sezar bizim üçün çox önəmli futbolçudur. Meydanı tərk etməsi yorğunluqla bağlı deyildi. Digər tərəfdən, Sadio Tounkaranı bu gün iş başında görmək istəyirdim. Bütün futbolçular komandamız üçün dəyərlidir".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail