Mahir Emreli Reynaldonu geridə qoydu

03.02.2021 | 4351 dəfə oxunub

Ağdamın “Qarabağ” klubunun tarixinin ən yaxşı bombardirləri siyahısında dəyişiklik olub. Stadium.Az xəbər verir ki, Azərbaycan kubokunun 1/4 final mərhələsinin “Qəbələ” ilə ilk oyununda (3:1) dubla imza atan Mahir Emreli indiki komandasının heyətində vurduğu qolların sayını 63-ə çatdırıb.

O, buna 2015-ci ilin yayından şərəfini qoruduğu “Qarabağ”da keçirdiyi 183 matçda nail olub. Hücumçunun orta məhsuldarlığı 0,34-ə bərabərdir. Forvard Premyer Liqada 51, ölkə kubokunda 7, avrokuboklarda 5 dəfə rəqib qapısına yol tapıb.

Emreli “Qarabağ”dakı qol sayını 63-ə çatdırmaqla klub tarixinin 2-ci ən yaxşı bombardiri olub. O, “Qəbələ” ilə görüşdəki qollarla braziliyalı Reynaldo Silvanı arxada qoyub. Cənubi amerikalının hesabında 62 top var.

“Qarabağ”ın tarixinin ən yaxşı bombardiri Müşfiq Hüseynovdur. Onun aktivində 159 qol var.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail