"Xəzər Lənkəran"ın tarixində 6-cı avtoqol
“Xəzər Lənkəran” klubunun tarixində ilk dəfə olaraq ölkə çempionatının bir mövsümündə 2 rəqib futbolçu komanda üçün qol vurur. Stadium.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Premyer Liqanın XIX turunun “Turan”la səfər matçında (1:0) Elvin Beqirinin qol vurduğunu xəbər versək də, son nəticə etibarı ilə topu qapıya rəqibin oyunçusu Ayxan Abbasov salıb.
Beləliklə, Abbasov Lənkəran təmsilçisinə qələbə qazandıran qolun müəllifi olub. Cari mövsümdə bir dəfə də “Neftçi”nin oyunçusu Ruslan Abışovun avtoqoluna sevinən "Xəzər Lənkəran" hər iki halda Premyer Liqa oyununda, 1:0 hesabı ilə bitən matçda rəqib qolu sayəsində qalib gəlib.
Tarixi ərzində 6-cı dəfə avtoqola sevinən “Xəzər Lənkəran” indiyədək yalnız 2007/08 mövsümündə 2 belə halla üzləşmişdi. Lakin həmin vaxt bu qolların biri kubokda qeydə alınmışdı. İlk dəfə 1 çempionatda 2 avtoqol görən “Xəzər Lənkəran” ümumilikdə Unibank Premyer Liqasında 4, kubokda 2 dəfə rəqibin öz qapısına qol vurmasının şahidi olub. Bu 6 avtoqolun da yarısı ev, yarısı səfər matçlarına təsadüf edib.
“Xəzər Lənkəran”ın rəqiblərinin avtoqolları
2006/07 mövsümü Azərbaycan kuboku, 1/8 final
02.12.2006 Bakılı – Xəzər Lənkəran – 0:3
Anar Məmmədəliyev, 90+2-öz qapısına
2007/08 mövsümü Azərbaycan çempionatı
23.02.2008 Xəzər Lənkəran – Masallı - 4:1
Vaja Lomaşvili, 81-öz qapısına
2007/08 mövsümü Azərbaycan kuboku, 1/2 final
09.04.2008 Qəbələ - Xəzər Lənkəran - 1:3
İrakli Vaşakidze, 15-öz qapısına
2009/10 mövsümü Azərbaycan çempionatı
10.12.2009 Xəzər Lənkəran – Olimpik-Şüvəlan – 2:1
Abdulkadir Kamara, 63-öz qapısına
2011/12 mövsümü Azərbaycan çempionatı
10.09.2011 Xəzər Lənkəran – Neftçi – 1:0
Ruslan Abışov, 41-öz qapısına
2007/08 mövsümü Azərbaycan çempionatı
07.03.2012 Turan – Xəzər Lənkəran – 0:1
Ayxan Abbasov, 3-öz qapısına
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |