"Qarabağ" və "Neftçi" bu səbəbdən Portuqaliya "bazar"ına üz tutub
Azərbaycan klubları bu yay “transfer pəncərəsi”ndə Portuqaliya “bazar”ına üz tutub. "Neftçi" "Eştoril"dən Harramiz Soaresi və Huqo Bastonu transfer edib. "Qarabağ" isə "Vilafranquense"dən Kadi Borqesi heyətinə qatıb. Ağdam təmsilçisi digər Portuqaliya təmsilçisi "Vitoriya"nın hücumçusu Abdul-Aziz Yakubunun transferindən isə son anda vaz keçib.
Görəsən, klublarımızın Portuqaliyaya üstünlük verməsinin səbəbi nədir?
Stadium.az xəbər verir ki, bu suala cavab olaraq Sportinfo.az-a açıqlamasında menecer Vaqif Heydərli bunları deyib. "Portuqaliya ikinci liqası Belçika, Hollandiya və Danimarka kimi ölkələrin ikinci liqalarından daha səviyyəlidir. Hətta mən deyərdim ki, futbol olaraq İspaniya Sequndası ilə rəqabət apara biləcək çempionatdır. Amma məvacib olaraq bizim bazara çox uyğundur. Məncə, "Neftçi" və "Qarabağ"ın bu addımını doğru qiymətləndirmək olar".
"Klublarımızın yaxşı futbolçu üçün başqa hansı ölkələrə üz tutmasını uyğun sayırsınız?" sualını isə Heydərli belə cavablandırıb: "Cənubi Amerika və Afrika bazarına üz tutmaları da münasib olar. Ancaq ora böyük klublar və ya bizdən öndə olan ölkələrin klubları o qədər diqqət edirlər ki, biz orda rəqabət apara bilmirik. Sadəcə təklif olunana baxırıq. Heç kim gedib yerində oyunçu izləyə bilmir. Məşqçilərimiz daha çox hazır olan futbolçu axtarırlar. Kiməsə keyfiyyəti olan, amma 2-3 ay oynamayan futbolçu təklif edəndə baxmır. Hazır oyunçunun da qiyməti yüksək və tələbat çox olur"
O, "Neftçi" və "Qarabağ"ın Portuqaliyadan etdiyi transferlərlə bağlı fikir bildirməyin tez olduğunu deytib: "Bu barədə indidən nəsə demək peşəkar yanaşma olmaz. Gəldikləri bir ay deyil. Amma bəzi məqamlar var ki, futbolu bildiklərini göstərirlər. Futbol dili ilə desək klasları var. Amma daha geniş fikir bildirmək üçün zamana ehtiyac var".
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |