"Məğlub olmağa gəlməmişdik" - Ayxan Abbasov

20.09.2021 | 4171 dəfə oxunub

"Məğlub olmağa gəlməmişdik. Birinci hissədəki səhv penalti ilə nəticələndi. Bilirdik ki, rəqib belə səhvi bağışlamır. Futbolda belə səhvlər olur".

Stadium.az xəbər verir ki, bu sözləri "Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov "Qarabağ"a 0:2 hesabı ilə uduzduqları Premyer Liqanın 6-cı tur oyunundan sonra mətbuat konfransında deyib.

40 yaşlı mütəxəssis ikinci hissədə komandasından razı qaldığını bildirib: "Bəzi epizodlarda sonluq çatmadı. Komandamızın potensialı var. Daha yaxşı olacağıq. Buna inanıram. Növbəti görüşlərə köklənməliyik". A.Abbasovun sözlərinə görə, hücumçular Əli Qurbani və Səid Rzazadə qarşılaşmanın sonlarında yaxşı oynayıb: "Meydanda mübarizə oldu. Futbolçular qapıya düzgün düşə bilsəydilər, qol vura bilərdik. 0:1 hesabı ilə geridə idik. Futbolçularda istək var. Vaxt keçdikcə istər-istəməz bədəndə gümrahlıq itir. Çempionat həqiqətən gərgin keçir. Unutmayaq ki, "Qarabağ"a qarşı oynayırdıq. Səid Rzazadənin oyununu izləmişik. Yeni gəlib. Bu gün istədik ki, çempionatın ab-havasını hiss etsin. Oyunlarda müxtəlif rotasiyalar edəcəyik". (Report)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail