DÇ-2022-nin püşkü atıldı

01.04.2022 | 3058 dəfə oxunub

Bu gün Qətərin paytaxtı Dohada DÇ-2022-nin püşkatma mərasimi keçirilib. Stadium.Az xəbər verir ki, tədbir Bakı vaxtı ilə saat 20:00-da başlayıb. Püşkü dünyanın 8 məşhur veteran futbolçusu çəkib. Onlar Azərbaycan əsilli iranlı keçmiş oyunçu Əli Daei, Adel Ahmed Malallah (Qətər), Bora Milutinoviç (Serbiya), Kafu (Braziliya), Cey-Cey Okoça (Nigeriya), Lotar Matteus (Almaniya), Rabah Macer (Əlcəzair) və Tim Keyhildir (Avstraliya). 

Püşkün nəticələrinə əsasən, 8 qrupun tərkibi aşağıdakı kimidir:

A qrupu

Qətər
Ekvador
Seneqal
Niderland

B qrupu

İngiltərə
İran
ABŞ
Şotlandiya /Ukrayna -  Uels cütünün qalibi

C qrupu

Argentina
Səudiyyə Ərəbistanı
Meksika
Polşa

D qrupu

Fransa
Birləşmiş Ərəb Əmirlikləri / Avstraliya  - Peru cütünün qalibi 
Danimarka
Tunis

E qrupu

İspaniya
Almaniya
Yaponiya
Yeni Zelandiya - Kosta-Rika cütünün qalibi

F qrupu

Belçika
Kanada
Mərakeş
Xorvatiya

G qrupu

Braziliya
Serbiya
İsveçrə
Kamerun

H qrupu

Portuqaliya
Qana
Uruqvay
Cənubi Koreya

Hazırda mundialın final mərhələsinin 29 iştirakçısı məlumdur. Pley-off mərhələsində daha 3 komandanın adına iyunda aydınlıq gələcək. Avropa zonası üzrə Şotlandiya - Ukrayna oyununun qalibi finalda Uelslə üz-üzə gələcək. Birləşmiş Ərəb Əmirlikləri / Avstraliya cütünün qalibi Peru ilə, Yeni Zelandiya isə Kosta-Rika ilə görüşəcək.

Qrup mərhələsinin oyunları noyabrın 21-dən dekabrın 2-dək, 1/8 final  3-6 dekabr, 1/4 final  9-10 dekabr, 1/2 final  13-14 dekabr, 3-cü yer uğrunda görüş  17 dekabr,  final  isə18 dekabrda keçiriləcək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail