Mutu braziliyalı müdafiəçini "Neftçi"yə gətirmək istəyir

12.07.2023 | 504 dəfə oxunub

"Neftçi"nin baş məşqçisi Adrian Mutunun komandasında görmək istədiyi ilk futbolçu müəyyənləşib.

Rumıniyalı mütəxəssis "ağ-qaralar"a ilk transferi öz ölkəsindən etmək istəyir. Belə ki, Mutu ÇFR-in mərkəz müdafiəçisi Yuri Matiasın xidmətində maraqlıdır, Bu barədə "Prosport.ro" saytı məlumat yayıb.

Artıq "Neftçi" və ÇFR arasında danışıqların başladığı da bildirilir. Rumıniya klubu 28 yaşlı arxa xətt oyunçusu üçün 500 min avro tələb edir. Mutunun sabiq klubu "Rapid" də Matiası transfer etmək istəyir.

Qeyd edək ki, ÇFR Yuri Matiası 2022-ci ilin fevral ayında "Qaz Metan"dan transfer edib. Braziliyalı futbolçu son mövsümdə komandanın heyətində meydana çıxdığı 51 rəsmi  matçda 6 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. Klubu ilə 1 illik müqaviləsi olan oyunçunun "Transfermakt" saytında dəyəri 1 milyon 800 min avrodur.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail