"Sabah"ın yeni transferi: "Ümid edirəm ki, böyük uğurlar qazanacağıq"

14.07.2023 | 546 dəfə oxunub

"Sabah"ın yeni transferi Sofian Çakla klubun mətbuat xidmətinə videomüsahibə verib.

Mərakeşli futbolçu komandaya gəlişindən və "Sabah"dakı məqsədlərindən söhbət açıb: "Burada olmaqdan xoşbəxtəm. Ümid edirəm ki, birlikdə böyük uğurlar qazanacağıq. İlkin təəssüratlarım xoşdur. Ailə kimiyik. Bir-birimizə daim dəstək oluruq. Vahid məqsədimiz var. O da çox yaxşı mövsüm keçirərək, hədəflərimizə çatmaqdır. Yüksələn qrafikdə davam edirik. İlk yoldaşlıq oyunumuzu bir, ikinci yoldaşlıq matçımızı isə komanda ilə iki həftəlik təlim-məşq toplanışından sonra keçirdik. Tədricən irəliləyirik. Bu da bizim əsas hədəfimizdir. Hər gün bir az daha çox artırmalıyıq. Rəsmi oyunlar başladıqca, ən yüksək formada olmalıyıq".

O, "Qəbələ"yə qarşı keçirilmiş (2:2) yoldaşlıq görüşündə qol vurmasından da danışıb: "İşim müdafiə olunmaqdır. Əsas məqsəd qapımızın toxunulmazlığını təmin etməkdir. Hansısa standart vəziyyətdən qol vuraraq komandama kömək edə bilirimsə, bu, mənim üçün çox xoşdur. Allah qoysa, davamı gələcək. Amma əsas olan komandanın uğurudur".

Sonda isə legioner müdafiəçi avrokuboklarda çıxış edəcək komandasının istəklərini şərh edib: "Konfrans Liqası çox maraqlı turnirdir. Burada çox yaxşı hazırlıqlı komandalar çıxış edir. Turnirə yüksək səviyyədə hazırlaşıb, əlimizdən gələni edəcəyik ki, mümkün qədər çox irəliləyək. Azarkeşlərimizə demək istəyərdim ki, daim bizimlə olsunlar, avrokubok oyunlarından bizimlə birlikdə həzz alsınlar".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail