Rəşad Sadıqov: "İstədiyimiz vaxtda istədiyimiz futbolçuları transfer edə bilmirik"

15.07.2023 | 518 dəfə oxunub

"Zirə" yoxlama oyunu çərçivəsində "Kəpəz"ı 2:1 hesabı ilə məğlub edib.

Matçdan sonra paytaxt təmsilçisinin baş məşqçisi Rəşad Sadıqov jurnalistlərin suallarını cavablandırıb:

- 20 gündür məşqlərə başlamışıq. İlk yoxlama oyunumuz idi. Sevindirici haldır ki, futbolçular oyuna ciddi yanaşdılar. Bu, ilk dəqiqələrdən hiss olunurdu. Söhbət nəticədən getmir, meydandakı nizam-intizamdan gedir. Futbolçular matça məsuliyyətlə yanaşırdılar. Mövsümə yaxşı başlamaq çox önəmli olacaq. Ümumən futbolçuların çıxışından razı qaldım.

- İstədiyiniz komandanı formalaşdırmaq üçün nə qədər vaxt tələb olunur?

- Bu, futboldur. Hər mövsüm dəyişikliklər olur, hansısa oyunçular gedir, hansısa oyunçular gəlir. Bir də görürsən aparıcı oyunçular gedir, istədiyin transferləri edə bilmirsən, seleksiya uğursuz olur. Bir çox səbəblər var. Məsələ vaxt məsələsi deyil. Bir neçə mövqe var ki, ora transfer etmək istəyirik. Axtarışlarımız davam edir.

- Hansı mövqelərə transfer etmək istəyirsiz?

- Mərkəz yarımmüdafiəçisi, bir mərkəz müdafiəçisi, legioner qapıçı planlaşdırırıq, hücumameyilli oyunçu istəyirik. Ən azı 3-4 transfer planlaşdırırıq. Amma nə dərəcədə alınacağını zaman göstərəcək.

- İkinci hissədə əvəzedici heyətdən oyunçular meydana buraxdınız. Onların komanda ilə təlim-məşq toplanışına getməsi mümkündür?

- Mümkündür. O futbolçuların əksəriyyəti həftə içində bizimlə məşq prosesində iştirak edir. Diqqətdə saxlayırıq. 1-2 nəfərin təlim-məşq toplanışına getməsi gözlənilir.

- Adlar bəllidir?

- Oyunu gözümün qabağında canlsndırıb bu gün fikirləşəcəyəm. Mövqelərə baxacağıq. 3-4 futbolçumuz zədəlidir. İstəyirik ki, toplanışa heç bir mövqedə sıxıntı olmasın. 

- Gələn legionerlərin adaptasiyası necə olacaq?

- Tək biz yox, bir çox komandalar bu problemi yaşayır. Hamı istəyər ki, transferlər ilk gündən komanda ilə bir yerdə olsun. Amma hələ ki, istədiyimiz vaxtda istədiyimiz futbolçuları cəlb edə bilmirik. 

- Adrian Mutunun "Neftçi"yə baş məşqçi təyin olunması çempionatımıza nə qədər rəng qatacaq?

- Zaman göstərəcək. "Neftçi" üçün uğurlu olsun. Düşünürəm ki, maraqlı olacaq.

Avrokubok təmsilçilərimizlə bağlı fikirləriniz necədir?

- Hər birinə uğurlar arzulayıram.

"Qarabağ"ın "Linkoln"u keçəcəyi şübhə doğurmur. Siz necə düşünürsünüz?

- Cavab oyununu gözləyəcəyik. Rəqibin təhlükəli əks-hücumları var. Ona görə diqqətli olmaq lazımdır. Həm də "Qarabağ" ev oyununu doğma meydanda keçirməyəcək. Hamının bu matçı düşünməsi daha məsləhətlidir. İnşallah "Linkoln"u keçəndən sonra növbəti mərhələ haqda düşünmək olar. Bütün komandalarımıza uğurlar arzulayıram. Diqqətlə izləyəcəyik, azarkeşlik edəcəyik. 

- Türkiyədə keçirəcəyiniz yoxlama oyunları üçün bütün rəqiblər bəllidir?

- Müəyyən rəqiblərlə danışıqlar gedir. Hamısı bəlli deyil.

- Hansılar bəllidir?

- Bizim kimi komandalar üçün təlim-məşq toplanışında oyunları əvvəlcədən planlaşdırmaq çətindir.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail