Günahsız “Neftçi” - YAZI

26.08.2012 | 14106 dəfə oxunub

Son zamanlar ancaq pis şeylərdən yazıram. Mən də istəyirəm ki, hansısa futbolçumuzun, klubumuzun, məşqçimizin uğurundan yazım. Amma alınmır ki, alınmır. Dünən də belə oldu...

Böyük intizarla “Neftçi”nin APOEL üzərindəki qələbəsini gözləyirdik. Mahir Şükürov hesabı açdıqdan sonra dərhal oyundan təqdim etdiyimiz onlayn reportajı unudub, çempionumuzun tarixi zəfəri haqda yazmaq eşqinə düşdüm. Amma heç bismillah eləməmiş, ilk cümlənin nöqtəsini qoymamış, qonşu otaqdan atamın səsini eşitdim: “APOEL vurdu”. Kişi əsəbiləşib, bayıra siqaret çəkməyə çıxdı. Hətta “ayağın bəddi” deyərək, “Neftçi”nin qol buraxmasına görə məni ittiham da etdi ...

Kiprlilərin sevinməsinə baxarkən 3 il öncəni xatırladım...

...Yaxşı yadımdadı, həmin vaxt “Bazel”lə oyunda Fernando Peres hesabı açarkən stadionda qarşılaşmanı canlı izləyən 40 minə yaxın insan kimi mən də “qol” deyərək, qışqırdım. Bütün stadionda, eləcə də bizim əyləşdiyimiz press-lojada böyük sevinc var idi. Hamı tarixi qolun gətirdiyi sevincdən az qalırdı, dəli ola. Zarafat deyil, Avroliqanın qrup mərhələsinə yüksələ bilərdik. Amma sevincimiz elə də uzun çəkmədi. “Bazel” cəmi 6 dəqiqəyə bizə el od qoydu ki, cavab oyununda vurduğu 5 qol belə o dərəcədə ağrılı olmadı.

O da yadımdadı ki, oyundan öncə həmkarlarımdan biri məndən “bu oyuna nə “stavka” edim” deyə soruşmuşdu. “Bolşe” at” demişdim. O isə “Bakı”nın qələbəsinə inansa da, sonda mənə qulaq asdı. Peres hesabı açanda üzündəki ifadəni təsəvvür edə bilməzsiz. Sevinclə, uduzmaq qorxusu bir-birinə qarışmışdı. Əlimdən zəncir çeynəyirdi. Amma matçın sonu haqlı olduğumü göstərdi. Məbləğ elə də böyük olmasa da (jurnalistdə böyük pul nə gəzir), qələbə hər zaman xoşdu. Bu, “Bakı”ya qarşı inamsızlıq deyildi. Sadəcə, bizim klublara nədənsə böyük qələbələr qazanmaq qismət olmur ki, olmur.

...Dünən APOEL də bizimlə “Bazel” kimi acı zarafat etdi. Bütün oyun boyu dayandı, dayandı, amma “Neftçi” qol vurduqdan sonra irəli atılıb, hesabı bərabərləşdirdi. Belə də insafsızlıq olar? Vuran idin, bayaqdan vurardın da. Gərək bizim qol vurub, Avroliqanın qrup mərhələsi adlı arzumuzun reallaşacağını təsəvvür etdiyimiz anda hər şeyi korlayaydın?

Əslində “Neftçi”nin heç bir günahı yoxdu. Çünki komanda bütün bacardığını etdi. Biz dünən qələbəyə layiq idik! Sadəcə, bəxtimiz gətirmədi. Şəxsən mən dünən meydanda can qoyub, bacardığını edən futbolçularımıza təşəkkür edirəm. Onlar qələbə üçün əllərindən gələni etdilər. Sadəcə bizdə bəxt yoxdu. Azərbaycan futbolunun bəxti qara yazılıb. Bizim futbolumuza sevinmək yaraşmır.

...Eyni aqibəti “Qarabağ” da yaşayıb. Həmin xatırladığım “Bazel”lə oyundan sonra stadionu tərk edirdim ki, ağdamlı həmkarlarımdan biri zəng vuraraq, “qaqa, Vüqar birini vurdu” dedi. Telefonda sevincindən az qalırdı ağlasın. Amma evə çatanda artıq oyunun sonları gedirdi. Nəticəsi də hamımıza məlumdu. O gecə “Qarabağ” da “Bakı” kimi hesabı açmasına baxmayaraq, sonda 1:3 uduzdu.

...Hər nə qədər bədbin olsaq da, ümidimiz hələ ölməyib. Böyükağa Hacıyev demişkən, “Neftçi” Kiprə uduzmağa getmir. “Neftçi” kimi biz də inanırıq. İnanırıq ki, çempionumuz Kiprdən zəfərlə dönəcək, Azərbaycan futbolunun adını yüksəldəcək, tarixi uğura imza atacaq və bizlər də illərdi gözlədiyimiz, amma hələ də nə olduğunu hiss edə bilmədiyimiz Avroliqanın qrup mərhələsi adlı arzumuzu reallaşdıracağıq!

Vahid AYXAN



  #10   Adınız: Elmir;   E-mail: [email protected]

02.09.2012 02:07

EY TUPOY ... MILLETIN NUMAYENDILERI? INDI NESE
DILINIZ ... GIRIB?
NEFTCHI YEKDI ! GEDIN ...

  #9   Adınız: isa huseynzade;   E-mail: [email protected]

28.08.2012 00:17

dogru yazidir. amma eskikler de var: meselen: tek baki,
neftci, qarabda bele olmayib, butun klublarimizda olub, ele
bu il xezer lenkeran: lexe qol vurdu 3 deqiqeden sonra
buraxdi, inter: asterasa qol vurdu 3 deqiqeden sonra buraxdi.
cunki bizim futbolcularda soyuqqanliliq yoxdu, o deqiqe
heyecanlanirlar, baxmayaraq ki, buraxilan qolda bertuccinin
sehvi vardi, oyun boyu neftcinin heyetindeki en yaxsi 3-4
futbolcudan biriydi. flavinyoyla dabanla oturmeler de ela
idi.

  #8   Adınız: Elvin VELIYEV;   E-mail: [email protected]

27.08.2012 21:26

Sen hEc oz yAzdigna iNanirsan? oZ mEydaninizda eStoniyanin mEhlle kOmandasni uDa bIlmediniz.......lOx gUnune qAlmiw lExi uDa bIlmedniz....qOy cEmpionat bAwlasin sEnin xEzerin hEc 6-liqada dUwe bIlmeyecek.....oRdan bUrdan oGurluq kOmanda qUrmusuzda...

  #7   Adınız: xezerli;   E-mail: [email protected]

27.08.2012 11:08

neftci ele cempionatda da qazid avroliqada da qazdi

  #6   Adınız: ramiz;   E-mail: [email protected]

27.08.2012 11:07

ay xezerli sen niye mali mala qatirsan?olke cempinati ayri
avroliqa ayri orda butun klublar azerbaycani temsil edir

  #5   Adınız: xezerli;   E-mail: [email protected]

27.08.2012 11:06

Neftci qazdi XEZER yekdi.esl gucuvuzu gorduk de.cempionatda
sudalayarin sotuna cempion olduz gurculeri de melum mmeseledi
nece kcmisiz udan idiz hapoeli ne bilim apoeli udardiz da.EN
BOYUK XEZER

  #4   Adınız: eLvin VELIYEV;   E-mail: eLvinveliyevmail.ru

27.08.2012 02:22

nEftci qAzdisa bEs oNda xEzer nEdi...bIr kOmandaya nEftci 5 qOl vUra...hEle dIlinizde vAree dAnwmaga

  #3   Adınız: Mamed_forza İtaly;   E-mail: [email protected]

27.08.2012 00:25

Neftci seferde de vedeki kimi oynasa Insallah merhelni kececey

  #2   Adınız: xezerli;   E-mail: [email protected]

27.08.2012 00:25

Neftci qazzzzzzzzzzzzzzz

  #1   Adınız: vaqo;   E-mail: [email protected]

27.08.2012 00:24

Men de inaniram ki Neftci bizderi seivindirecek ce,mpiona
ugurlar

ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail