Öz gözüylə görən...

23.04.2011 | 9100 dəfə oxunub

Xaqani,rnsonra demə ki, demədin! Sənrnçaldın!rnƏliylə AFFA-ya qaytarıldığın Ramin Musayevi 1 ay sonra PFL-dən çıxarsalar belə, oturduğun yerdə qalacaqsan. Gümanlarımrnməni yanıltmaz. Tutduğun mövqe əladır. İnandıqlarınrnhaqqı, kreslonunrn«boltlar»ı əvvəlki illərdəkindən də möhkmədir, qəti pas atmayıb.

rnrn

Düzrnsözü danışmaq kimi,rnəlbəttə, onu qəbul etmək də zor işdir. Demisən, məcbursan ki, gərək durasan arxasında. Bilirəm, sən də düz danışansan, istəməzsən ki, haqqında pis fikirləşək. O fonu özün yaradırsan.

rnrn

Bilmirdinsə, yazaq bil! Bilib, bilərəkdən şərait yaradırsansa - hə, bu, başqa məsələ! Kənar görüntüləri qəbul eləməlisən. Soğan yeməyənin içi göynəməz!

rnrn

Sözün açığı,rnsəni «Xəzər»TV-nin efirində görmək mənə qəribə gəlməzdi: əgər vaxtilə Süleymanovun, bu yaxınlaradək də Babək Quliyevin teledebat çağırışlarına «yox» deməsəydin. Hərdən «onlara tay olmaq istəmirəm» deyib, tamaşaçı qarşısına canlı çıxmadın. Bəlkə də sənə «vedrə» bağlayacaqdılar - öncədən duyuq düşmüşdün. Bilmirəm. Nə idisə,rnhər halda çağırışları cavabsız buraxdın. Hakimlərdə qərəz axtarmırsan ona görə ki, sən öz gözünlə görürsən hər şeyi. Olanlar, sadəcə, səhvdir, eləmi?

rnrn

Bəli, indi meydan sənindir. «Burda mənəm, Bağdaddam kor xəlifə» deyənlərdən fərqini axtarıram, tapa bilmirəm. Get, səni «Futbol saatı»na çıxaranın yanağından öp, üstündəki yükü götürdülər. Sərbəstsən bu gün, çünki «asıb-kəsənlər»inin mikrofonu əllərindən alınıb. Tahirə iş verib susdurdular, Babək də, hələ ki, qınına çəkilib. Əlacsız Eminin söz sahibi olmadığı «Futbol saatı»nda sənə qulaq asmaq çoxları üçün cəhənnəm əzabıdır. Mənə isə ləzzət edir. Ayda 1-2 dəfə ekrandan mimikana tamaşa eləməyi özümə rəva görürəm. Ki, hakimliyin içindən gələn şəxsin adı üstündə olan yetirmələrinə münasibətini dəqiqliyi ilə bilim. Keçən mövsümün «Xəzər Lənkəran» - «Neftçi» matçının fraqmentləri ekrana gətirildi, Əfqan Həmzəyevin Lənkəranda kor fatı kimi oyun aparmasından söz düşdü, danışmadın, susdun. Başa düşdüm, öz gözünlə görməmisən, ona görə.

rnrn

«İnter» - «Neftçi»ni göstərdilər, iddia etdin ki, Əfqanın qəmzəylə birincilərin qapısına verdiyi penalti tamamilə doğrudur. Bax, burda məni dost-tanışın yanında xar elədin. Əfqanın «Şəfa»dakı iki hissəlik «Neftçi» melodramına baxandan sonra, hamıya demişdim ki, hakim «İnter»i, Otello Dezdomonanı istədiyindən öldürdüyü kimi, öldürmədi. Nə biləydim ki, sən öz gözünlə görmüsən... O epizodu ki, axırda da Əfqanı «ağ-qara» ləkənin altından, bağışlayın, qərəzin altından çıxarmağa çalışdın. Səhv eləmirəmsə, «hakimlərin «Neftçi»yə köməyi, rəğbəti budurmu» deyib, arada dalğa keçdin. Üz-üzə gəlsək, mən başımı ağrıdıb, nə badə hakimlərin «Neftçi»ni qabağa dartması barədə mübahisə edərəm! Bu mövzudan bir kəlmə də demərəm, arxayın ol. Səni tanıyıram axı.rnƏfqanın qərarlarına göstərdiyin reaksiya mənə aydın elədi ki, sən öz gözüylə görənlərdənsən. Gözlərin sənə deyirsə ki, hakimlər «Neftçi»yə rəğbət bəsləmir, xahiş edirəm, bir də bu ifadəni tez-tez təkrarlama. Dediyinə arxayınsansa, o sözü təkrarlayıb, duzunu azaltma. Camaat sonra başqa şeydən şübhələnər... 

İLKin VAQİFoğlu


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail