Vaqif Sadıqov Böyükağa Hacıyevdən öyrənəcək, yoxsa qovulmağı gözləyəcək?

25.02.2013 | 9322 dəfə oxunub

Tarixini dəqiqliklə xatırlamıram, ammaBakıBakıxanov qəsəbə stadionundaStandardla oynayırdı, qələbə olmadı komandanın baş məşqçisi Böyükağa Hacıyev istefa verdi. Düzdü, klub rəhbərliyi istefadan qabaq Coko Hacıyevskini paytaxta gətirmişdi, amma Hacıyevinkredi kartıhələ tükənməmişdi. Baxmayaraq ki, işlər yaxşı getmirdi. Böyükağa müəllim hələ bir-iki oyunda da dözə bilərdi, pis nəticələr olduğu halda. Ancaq bu oyundan sonra istefa verdi. Bunun səbəbini ondan soruşdum. Dedimaxı bir-iki oyun da gözləyə bilərdiz”. İndiki kimi o zaman daqamçılısözlərindən geri qalmayan Böyükağa müəllimin cavabı özünəməxsus oldu: “Bu məşqçilərə istefa mədəniyyətini öyrədən biri lazımdır, ya yox. Goruma aparmayacam ki, qoy, öyrənsinlər , gərəq qovsunlar?”. Buna qayıdacam, istefa ya qovulmaq məsələsinə.

Yayda AZAL komandaya Vaqif Sadıqovu baş məşqçi gətirdi. İşsiz qalmış yerli məşqçilərdən birinin sahibi olmasını yaxşı hal kimi qiymətləndirmək lazım idi. Klub rəhbərliyi hansısa əcnəbini gətirib onun qarnını doyurmaqdansa, ölkə futboluna xidmətləri olmuş birinə verdi, əhsən. Heç Sadıqovlutəyyarəçilər mövsümə pis başlamadı. AZALQarabağı top atəşinə tutanda ( az, çox, düz 6 qol) çoxları bu komandanın çempionluğundan qırıldamağa başlamışdı, amma sonradan sübut olundu ki, Nail Əliyev demişkən, arxı tullanmamış, hop demək olmaz.

Vaqif Sadıqov isə çıxdı dağın başına, adam bunu tapıb salam da verə bilmirdi. Dağın başında çıxmaq orda adam tapmaq çətin məsələdir axı. Sadıqov birdə gördü ki, “təyyarəsanki pilotsuz qalıb sürətlə enməkdədir, idarəetməni itirib axı. Vaqif müəllim sükanın arxasında əyləşib çalışır ki, “təyyarəKəpəz dağına çırpılmasın. Nəzərə alsaq ki, Kəpəz dağının görünməz zirvəsinə artıq gün düşür, dağ əriyərək bir qədər yüksəkliyi itirib, “təyyarənindağa çırpılma ehtimalı da azdır. İşin pis tərəfi isə odur ki, artıq butəyyarəni havada saxlamaq ya yenidən əvvəlki uçuş səviyyəsinəyüksəkliyinə qaldırmaq mümkünsüzdür.

İndi bizim pilot gözündə gördüyümüz Vaqif müəllimin işi lap çətindir. Çünki o söz vermişdi ki, AZAL mütləqaltılıqda olacaq, amma görünən odur ki, olmayacaq. Olar e, bunun üçün möcüzə gerçəkləşməlidir.

Klub rəhbərliyi AZAL-ınaltılıqda olmasını baş məşqçinin qarşısına şərt qoymuşdu. Yoxsa oyunçularına 60-80 min dollar arası pul verən komanda bir çox futbolçuya 100 min dollardan çox para verməyi qəbul etməzdi. İndi onlar da bunun hesabını Sadıqovdansorurlar”. O isə rəhbərliyi təmkinli olmağa sonu gözləmək üçün onları sakitləşdirməyə çalışır. Amma... belə baxanda, amması, mamması yoxdur, AZALaltılıqüzünə həsrət qalsa, Vaqif Sadıqov istefa verməlidir. Üç səbəbdən:

1. Vaqif Sadıqovu AZAL-a onun üçün gətiriblər ki, komandanıaltılığa soxsun. Hər yolla olur, olsun, təki soxa bilsin. O da buna söz verib.

2. Bunun üçün rəhbərlik büdcəni artırıb.

3. Vaqif Sadıqov jurnalistlərə söz verib ki, AZALaltılıqda olacaq. İndi üç vəd birdən puç olur, Vaqif müəllim, istefa verməlisiniz, yoxsa verməməlisiz?

Yazının lap əvvəlində Böyükağa Hacıyevin istefa mədəniyyəti məsəlini boş yerə xatırlatmamışdım. Məşqçiliyi ondan öyrənə bimədiz, heç olmaya, istefa mədəniyyətində Hacıyevdən örnək alın.

Elnur, "Het-trik news" qəzeti

P.S. Təbii ki, bu söhbət AZALaltılıqdan kənarda qalacağı halda keçərli olacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail