Messi - böyük oyunlarin kiçik oyunçusu YAZI

04.03.2013 | 10218 dəfə oxunub

Son illər İspaniya millisinin və "Barselona"nın azarkeşlərinin sayı yağışdan sonra çıxan göbələklər kimi artır. Heç, dünyada analoqu olmayan, gündə bir müğənni istehsal edən Azərbaycan şou-biznesinin artım sürəti bu dərəcədə deyil. Amma xöşbəxtlikdən məni ispan və katalon futbolunun heyranları sırasına aid etmək olmaz. Nəinki yaxından tanıyanlar, mənimlə 5 dəqiqə futboldan söhbət edən istənilən şəxs bilir ki, bu yazının müəllifi İtaliya millisinin və "Milan"ın xəstəsidi.

"Milan" - "Barselona" oyunundan öncə özümə söz vermişdim ki, "Barsa"nı diz çökdürdükdən sonra ürəyimdən keçənləri "döşüyəcəm" komputerə. Amma Əsgər Abdullayev kimi mən də əlamətlərə inanclı olduğumdan tələsməyib, cavab oyunu gözləmək qərarına gəldim. Yox, elə bilməyin ki, cavab oyunu öncəsi narahatam. Əsla, "Milan" "Barsa"nı lazım olsa, bir dəfə də "Nou Kamp"da devirər. İnanmıram ki, katalonlar qapılarından buraxdıqları ikinci qoldan sonra ayılıblar. Hər halda, Nyanq-Əl Şəravi-Muntari triosunun rəqiblə indiki "səviyyəli" gənclərin sevimli mahnısında deyildiyi kimi, "mırtlaşa-mırtlaşa" vurduğu qoldan sonra ayılmaq çətin məsələdi. Sadəcə, düşər-düşməz söhbəti var.

Sözümün canı bu deyil, son günlər baş verənlər - "Barsa"nın növbəti dəfə diz çökməsi (katalonlarda bu artıq ənənə halını alır), eləcə də bəzilərinin Messini göyün yeddinci qatından aşağı endirmək istəməməsi adama yer edir.

"Barselona" və ispanların erası başa çatır. Vüsalın yaxşı yadında olar, yanvarda demişdim ki, ispanların hökmranlığı 2012 ilə birgə getdi. Yavaş-yavaş bu, həqiqətə çevrilir. Çempionlar Liqasının 1/4 finalında bir İspaniya təmsilçisi də olmaya bilər (böyük ehtimalla, olmayacaq da).

"Barsa" mövzusuna qayıdaq. Komandanın uğursuzluğunda Vilanovanın yoxluğunu qabardanlar yanılır. Çünki açıq-aşkar görünür ki, "Barselona" artıq uzun illərdi baş məşqçisiz oynayır. Komandanın sözün həqiqi mənasında çalışdırıcısı sonuncu dəfə Raykard olub. Pep, Vilanova, Roura - bunlar uzaqbaşı idman müəllimi işləyə bilərlər. "Sumqayıt"dakı Raab kimi.

İkincisi, Xavi və İnyestanın meydanın mərkəzindəki paslaşması artıq təəcüblü deyil. Bu ikili ilə daha İspaniyadan kənarda kimisə təəccübləndirmək olmaz.

Eyni zamanda "Barsa" fiziki cəhətdən də zəifdi. Bu baxımdan güclü olan "Milan" və "Real" kimi komandalar katalonları parçalamaqda çətinlik çəkmirlər.

Eləcə də komandada lider yoxdu. Çətin anda ("Milan"la oyunu misal çəkmək olar), komandanı heç kim arxasınca apara bilmir. Messi isə yalnız "Osasuna", "Qranada" tipli komandalarla oyunlarda lider ola bilər. 

Haşiyəyə çıxararaq, Messini əjdaha sayanların şərəfinə 1-2 kəlmə. O necə dahidir ki, oyun ərzində qapıya 1 zərbə belə endirə bilmir? Messi elə buna görə heç vaxt Maradona ola bilməyəcək. Sonra. İddia edənlər var ki, Messinin nəsə problemi var və buna görə "Milan" və "Real"la oyunlarda zəif çıxış edib. Yaxşı bəs "Sevilya" ilə oyun? Axı "Milan" və "Real"la oyunlar arasında "Barsa" "Sevilya" ilə də qarşılaşdı və Messi qol da vurdu. Problem "Sevilya" ilə oyunda qeybə çəkildi? Problem Messidə yox, rəqiblərin adlarındadı.

Qayıdaq "Barsa"ya. Bayaq sadaladıqlarımdan da ən əsası odur ki, daha heç kim "Barselona"dan qorxmur! Komanda üçün ən təhlükəlisi elə bu məqamdı. Bir sözlə, "Barselona" əvvəlki mövqeyinə qayıdır.

Hər halda, UEFA rəhbərliyinin dəstəyi, alınmış hakimlər və vəhşicəsinə bəxtlə Candan Erçetin demişkən, "bitti, buraya kadar". Hər nağılın bir sonu var. Geriyə xoş gəldin, "Barselona".

ŞAHİN, "Het-trik news" qəzeti

P.S. Yazını çox uzatmamaq üçün "Barselona"lıların simulyasiyanı necə çox sevdiklərini xırdalamadım. Hər halda, "Real"la kubok oyununda Albanın hərəkətini bütün dünya gördü. 

P.P.S. Bu yazı "Barselona"nın şənbə günü "Real"ın demək olar ki, ikinci heyətinə uduzmasından öncə qələmə alınıb. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail