Bir gəncin manifesti YAZI

29.04.2013 | 11513 dəfə oxunub

Çoxdandı belə vəziyyətə düşməmişdim. “İlham pərisisanki məndən üz döndərmişdi. Axırıncı yazımdan sonra beynimə heç bir mövzu girmirdi. Günlər bir-birini əvəz eləsə , şoqərib pəri qayıtmırdı. edəcəyimi bilmirdim. Fikir vermisiniz, yoxsa yox, amma yazılarımda ailəm, böyüməyimdə böyük rolu olan İsmayıllı rayonu ora ilə bağlı xatirələrimə ara-sıra yer ayırırdim. Gəl ki, bu dəfə məsələyə bu tərəfdən yaxınlaşmaq cəhdim fiaskoya uğradı. İçki ilə aram olmadığından, üstəlik siqaretlə çoxdan küsdüyümdən bu vəziyyətimin tezliklə düzələcəyimə təminat yox idi. AmmaAllaha təvəkküldeyib gözləyirdim. Ümid edirdim. alındı.

Hər şeyi bilmirəm ispanların ayağına yazım yoxsa almanların? Amma çox böyük əksəriyyətinin tam əksinə olaraq bu dəfə Avropada fərqli futbol gördük... “O olmasın, bu olmasında rəhmətlik Mustafa Mərdanov demişkən, “Permeti, permeti, mən bu sözlərlə Almaniya futbolunu təhqir etmək istəmirəm”. Həqiqətən Almaniya futbolu, xüsusən klub səviyyəsində yetərincə inkişaf edib. Bumexanizmin sona kimi işləməsini hələ 1/4 finaldaBorussiya” - “Malaqacütünün son 2 dəqiqəsində şahidi olmuşduq. Amma gəlin razılaşaq ki, ilk oyunların nəticələri olmasa, hesabları çoxlarını təəccübləndirdi. “Barselonaya hörmətim olsa da, komandanınBavariyaqarşısında büdrəyəcəyini görürdüm. hələ yarımfinal iştirakçıları məlum olarkən ən zəif komanda kimi məhz katalonları qeyd etmiş, ilk oyunda bavariyalılrın 2:0 hesabı ilə qalib gələcəyini proqnozlaşdırmışdım. Bu bir tərəf. Amma kim məni inandırmağa çalışsaydı ki, “Real” “Siqnal İduna Parkdan 1:4 hesablı məğlubiyyətlə dönəcək, ürəyimdə o adamın ölənlərinə rəhmət Allah ağzından eşitsinkimi alqışlar səsləndirsəydim (“Barcelonaya görə), buna heç vaxt inanmazdım. Halbuki, 1:1 hesabını bu oyun üçün məqbul görürdüm. Amma...

Gecədən xeyli keçmişdi. Saat 2 olardı. 2 gün ərzində baş verənlərin şokundan ayılmırdım. Həqiqətənmi REALlıq budur, yoxsa burdaReallıq bir şey yox idi? Fikrimi dağıtmaq üçün sosial şəbəkədə gəzişdim. yaxın dostum Rəşidin 1 cümləsini tutdum. Zəng edib söz oyunu üçün onu alqışlayıb müəlliflik hüququ üçün halallıq istədim. Razılığını aldım. Amma bu barədə bir qədər sonra...

HəlliksəBarselonafiaskosundan başlayaq. Son 9 oyunda katalonların Almaniyada məğlub olmadığını bayraq tutan barsamanlar həmyerlilərinin bu dəfə rahat qələbə əldə edəcəklərindən, bir həftə sonraKamp Nouda keçiriləcək cavab oyununun rəsmiyyətindən ağız dolusu danışırdılar. Hətta bu komandalar arasında statistikanınBayernin xeyrinə olması bu azmış kimi Almaniyanın yenibişmişçempionunun bütün cəbhələrdə bu il keçirdiyi bütün oyunlarda qələbə qazanması (“Arsenalla ev oyununu nəzərə almasaq) belə, “Barselonaazarkeşlərini maraqlandırmırdı. Bu da başa düşülən idi. Son 8 ildə Kataloniya təmsilçisi Avropada elə at oynatmışdı, fanatlarına elə xoş anlar yaşatmışdı ki, pisinə inanmaq olmazdı. Bu illərdə 7 dəfə yarımfinala çıxmışKlubdan da artıqgümüş kuboku 3 dəfə başı üzərinə qaldırmışdı. Üstəlik 4 il əvvəlBarselonarəqibini öz meydanında 4:0 hesabı ilə məğlub etmişdi. Özü nəinki bu oyunun, həm cütün taleyi ilk hissədə həll olunmuşdu. Tarix təkrar olundu. Bu dəfə 4:0 hesabı qeydə alındı. Bu dəfə meydan sahibləri uddular. Amma bu dəfə oyunKamp Nouda yox, “Alyans Arenada idi.

Oyuna kimi komandaları analiz etdikdəBayernin bütün anlayışlarda rəqibindən üstün olduğunu görmək olardı. Pep Qvardiola dövrünün son ilindən başlayan eniş komandada hələ hiss olunmaqdadır. 3-4 il əvvəlBarselonadünya futbolunda pressinq maşını kimi tanınırdı. Topu itirən kimiBarsapressinqə rəqibin cərimə meydançası önündə keçirdi istyəinə nail olurdu. Amma bu mif yoxa çıxdı. Özü ötən Primyeranın sonEl Klassikosunda - “Kamp Nouda keçirilən oyunda. Həmin oyun ərəfəsindəRealın baş məşqçisi Joze MourinyoBarselona udmağın yolunun “2-ci mərtəbə olduğunu demişdi. Dedi elədi. 1 ildir ki, “Barselonayüksək toplarla bacara bilmir. Pike, Puyol bir az da Buskets. , bir Valdesin əlləri. Bu heyətlə müharibə aparmaq olmaz. Bəli, əsl müharibə. “La Liqa yarım ayaqla yerlə udmaq olarsa, burda hava mübarizələri yaddan çıxmamalıdı. əlbəttə ki, sürət... Son 2 ildə komandanın sürətinin aşağı düşdüyünü hiss etməyənlər bəsirət gözlərini açmalıdırlar. Komanda qabaq topu ələ keçirərkən kəskin əks həmlələrə keçirdisə, indiBarselonanın ötürmələrinin əksəriyyəti geriyədir. Səbəb? Bax bunu komandanın içi daha yaxşı bilməlidir. Gücün düzgün hesablanmaması? Ola bilər. Çempionatın ilk dövrəsində komanda bütün oyunlarda maksimum nəticə göstərib (“Realla ev oyunundan başqa) qüvvənin tükənməsi ilk səbəb göstərilir. Amma burada digər amil var. Razı deyilsinizmi bayaq dediyim illər ərzində komandanın heyətinin əsası demək olar ki dəyişməz qalıb fikri ilə? Oyun qurucuları Xavi, İniyesta bu illər ərzində əldə etməyiblər? Dünya çempionu, ikiqat Avropa çempionu, Çempionlar Liqasının üçqat qalibi, s. i.a. Yəni bu futbolçuların qazanmadığı titul demək olar ki, qalmayıb. Odur ki, heyətə nəticə, uğur, kubok üçün ac, rəqibi didməyə hazır olan futbolçuların cəlb olunması vacibdir. Həm bu komandanın əsas heyəti barədə artıq yaşlaşıb demək olmur. Çünki kollektiv artıq qocalır. Nəticənin (oxu antinəticənin) belə olmasını görmək lazım idi.

Borussiya” - “Realoyunu barədə danışmaq olar? 2 il ardıcıl Bundesliqada çempion olsalar belə dortmundluları bu il favorit siyahısında görmürdülər. Dəqiq yadıma gəlmir, amma yarış başlamazdan əvvəl onların yarımfinala kimi gələcəyinin əmsalı 1-in 25-ə olardı. Elə bu dəfə RealınDortmundsəddini çətinlik çəkmədən aşacağını deyirdilər. Səbəbsiz filansız. Bəli, oyunçu seçimiRealda bir baş üstündür. Futbolçuların ümumi dəyəri yarım milyard dolları aşır. Odur ki, maddi vəziyyət barədə danışmağa dəyməz. Üstəlik son vaxtlar ispanlarda oyun alınırdı. Komanda nəticə əldə etməkdə çətinlik çəkmirdi (“oyun göstərirdiilənəticə əldə edirdiayrı-ayrı anlayışlardı...) Əgər Mourinyonun əvvəlki 2 ilininRealı yaxşı oyunla yarımfinala çatırdısa, bu mərhələdə daha güclüBarselonaBayernsəddinə ilişirdi. Amma azarkeşlər bu dəfəRealın ağıllı taktika ilə (Mourinyonun bacarığı bundadı) finala adlayacağına əmin idilər. Gəl ki, alınmadı. Vaxt göstərdi ki, Mourinyo nəinki bu komandanı əla analiz edib, heç qrup mərhələsindəki oyunlardan nəticə çıxarmayıb. Əksinə Yurgen KlopRealın REALLIQda VİRTUALLIQdan savayı bir şey olmadığını sübut etdi. ƏslindəBarselonailə paralel olaraqRealda da işlərin yaxşı getmədiyi göz önündə idi. Söhbət əlbəttə ki, Çempionlar Liqasından gedir. Komandanın ölüm qrupunu da olsa 2-ci yerdən tərk eləməsi həyəcan üçün siqnal olmalı idi. Ona görə yox ki, yarımfinalda rəqibi olan 1:4 hesabı ilə uduzduğuBorussiyaonu qabaqlamağa müvəffəq olmuşdu. Sadəcə keçdiyi yola baxdıqda problem görünür. “Ayaksla oyunları kənara qoysaq digər klublarla qarşılaşmalardakı qazanılan nəticələr necə olub? ƏvvəlcəMançester Siti”. Öz meydanında 85-ci dəqiqəyə kimi hesabda geri olan komanda möcüzə sayəsində qələbə əldə elədi. Cavab oyununda isəşəhərlilərqələbəyə Madrid təmsilçisindən daha yaxın idilər. Amma İspaniya çempionu səfərdən xalla döndü. “Borussiyailə oyunlar yaddan çıxmayıb. Alman maşını öz meydanında onda da (o vaxtRealüçün daha abırlı hesabla) qalib gəlmişdi. Cavab oyununda da eyni ssenari idi. Sadəcə olaraq son saniyələrdə (“Sitiilə olduğu kimi bu dəfə sonda... Bu da qazanılmış 3 xal deməkdir) Özilin cərimə zərbəsiRealaSantyaqo Bernabeuda xal qazandırdı. 1/8 finalda öz meydanındaşəhərlilərin həmşəhərliləriMançester Yunaytedi məğlub edilmədi... Cavab qarşılaşmasında da hər şeyi DÜDÜY həll etdi. “Qalatasarayla oyunlardan danışmağa dəyməz. O səviyyəli rəqib deyil. Sözümün canı odur ki, komanda 3 normal rəqiblə oyunda heç səviyyə nümayiş etdirməmişdi. bu da əvvəl-axır öz sözünü deməli idi. dedi ... “Reala qarşıBORUSSİYAçıxsa da komandanın işini 1 nəfər - LEVANDOVSKİ həll elədi. Lap BİR GƏNCİN MANİFESTİ kimi.

Ötən həftə İspan klub futbolunun qara bayramı oldu. İki qardaş (düşmən qardaş) qapısında hərəyə 4 qol olmaqla 8 top gördü. ƏgərBayernbuna həm kollektiv, həm fərdi ustalıq hesabına nail oldusa, “Borussiyaortaya kollektiv oyun qoydu. Mourinyonun Kloppu çox danışmaqda məzəmmət etməsi yaddan çıxmasın. Dortmundun məşqçisi göstərdi ki, dili var, dilçəyi . “Barselonason 10 ilin bəlkə ən ağır zərbəsini aldı. “Realisə eləLa LiqadaBarselonaya 0:5 2:6 hesablı məğluiyyətlərindən təzə özünə gəlirdi. “Borussiyaonları növbəti dəfə şoka saldı. Həmin günBorussiyada hamı GÖTSE kimi oynadı. Hər iki ispan klubu isə gündə idi, bunu oyunlar göstərdi.

Məncə elə bir fövqəlhadisə baş verməsə final üçün pivə barları işlərini indidən ehtiyatlı tutsunlar. Çünki Almaniya finalı qaçılmazdır. Yəni...

... Ay kişilər, MAYDA - isti düşəndə.

Asif BAĞIROV, Het-trik news



  #1   Adınız: Reshid Ali;   E-mail: ---

30.04.2013 18:43

Asif dostum,ureyine,ellerine,qelemine sagliq.Meqaleni sonunadek
boyuk hezz ve xosh gulushle oxudum.Bravo!

ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail