Qara(gün) kvadrat YAZI

01.07.2013 | 9290 dəfə oxunub

Böyük əksəriyyət Kazimir MaleviçinQara kvadratrəsmini görüb. Belə baxanda onu heç görməyə ehtiyac yoxdu. Gözünüzü yumub fonda ölçüsü 80x80 sm. olan qara kvadrat təsəvvür edin. Bu da olur dahi əsər.

Həmin bu dahi əsər 100 ilə yaxın bundan əvvəl Petroqradda, Maleviçin digər 38 rəsmi ilə birlikdə ilk dəfə nümayiş etdirilib. O vaxtkı faktlara arxalansaq, buQara kvadrat”, sərgi salonunun ən görkəmli yerində, həmişə ikonalar olan, belə demək olarsaqırmızı küncündə asılmışdı. Sərgidə çıxış edən Kazimir Maleviç bu rəsmə ehyamla, yeni mənzərə realizmi – “supermatizmin yarandığını bildirib. Onun fikrincə supermatizm (latın dilində supremusən yüksəkmənasını verir) incəsənətin şüurdaxili anlayışın ən son yüksək həddidir. Bundan sonra real şeyləri təfəkkür artıq qəbul edə bilmir hər şey təhtəlşüurdan kənar anlayışlar bunu qəbul etməkdə olan dar çərçivəli insanlar üçündür.

Razılaşaq ki, qara kvadrat çəkib onu çərçivəyə yerləşdirmək üçün fövqəlrəssam olmaq lazım deyil. Kvadratmüstəvi üzərində ən sadə həndəsi fiqurlardan biri hesab edirilir. Elə elementar -qara rənglər kimi. Bu əsəri hamı çəkə bilər. Tapmaca başqa şeydədi. Hamının çəkə biləcəyi bu primitiv həndəsi fiqur dünyanın ən tanınmış tablosudur. O, milyonlarla insanı düşünməyə mübahisəyə vadar, minlərlə təhqiqatçı rəsm həvəskarını özünə cəzb edir. Niyə bu belədir? 100 ilə yaxın müddətdə bu suala cavab tapılmayıb.

Çox adamQara kvadratın sirrini tapmağa çalışıb. Ehtimallar çoxdur. Amma onlardan 5-i əsas sayılır.

Qara kvadrat:

1. Dahi rəssamın tutqun mütləq anlaşılmaz etirafıdır.

2. Kasıbçılığı, tam çıxılmazlığı öz qabiliyyətsizliyindən ümidsizlik nümunəsidir.

3. Heç bir sirrə arxalanmayan süni şişirdilmiş fetişdir.

4. Şeytani başlanğıcın özünütəsdiq aktıdır.

5. Yəhudi simvoludur.

Təəssüf ki, təhqiqatçıların heç biri rəsm əsərinin səthi analizindən o yana getməyib. Onlar yalnız rəsmi dediyim kimi səthi görə biliblər. Yəni ancaqQara kvadratı. Maleviç özü isə dəfələrlə etiraf edib ki, o, bu əsəri halsız vəziyyətdə, daha doğrusukosmik anlayışıntəsiri altında yaranıb. Odur ki, tabloda şüurlu nəsə yox, şüuraltı nəsnə axtarmaq lazımdır.

Bir müstəvidə yalnız bir müstəvi əks etdirmək olar. Reallıq da odur ki, Maleviçin yaratdığı sadəcəQara kvadratdır. Lakin rəssam hamıya konkret izah edib ki, bu supermatik kvadratdır onu dərk etmək üçün ənənəvi anlayış çərçivəsini aşmaq lazımdır.

Gördüyümüzün çərçivəsini aşaq. Anlayarıq ki, qarşımızdakı qara kvadrat yox, rəngbərəng kubdur. Tablonun sirri elə bundadır. “Qara kvadratın sirrini qısaca belə izah etmək olar: bizi əhatə edən aləm ilk səthi baxışdan hamar -qaradır. Lakin insan bu dünyanı geniş həcmdə rəngarəng təsəvvür edərsə, həyat inanılmaz dərəcədə dəyişəcək. Milyonlarla tamaşaçı təhtəlşüurda bu əsərdə həcm hiss etsə , dahi əsərin tam anlamağa gərək olan son addım etmək üçün özlərində təsəvvür tapa bilməyib.

Gəlin bunu birgə edək. Qarşımızda qara kvadratdır. Bəlkə bu alabəzək kubun ön hissəsidir? Çünki bir proeksiyası kvadrat olan bir neçə fiqur var. Kosmik nəzərlərlə görünən zonadan çıxaq. Alınarsa kubun üstünün mavi olduğunu görərik. Bu səma hündürlük rəmzidir. İndi isə aşağı baxaq. Bu tərəf yaşıldır. Bahar, gənclik təbiət rəngi. Üst alt tərəfi gördükdən sonra ətrafları anlamaq rahat olacaq. İki yan tərəf sarı qırmızı rəngdədir. Sağ tərəf sarıgünəş yayı, sol tərəf qırmızıalov, hərarət məhəbbət əlamətidir. Ən çətini isə kubun arxa tərəfini görməkdir. Bunun üçün biz düşüncəmizlə əks tərəfə çevrilməliyik. Öz nəzər nöqtəmizi 180 dərəcə dəyişməliyik. Alınarsa, biz arxada tərəf görəcəyik. rəng kamillik, həqiqət paklıq rəmzidir.

Mənim üçün bu kvadratın çox böyük mənası vardı. Amma bunu dərk eləməkdə həqiqətən çətinlik çəkirdim. İnsan şüuru qeyri-real şeyləri dərk eləməkdə zorlanır. Necə ki, nağıllarda deyilən uçan xalça dövrümüzün təyyarəsi, sehrli güzgü televizor, simsiz teleqraf mobil rabitə başqa şeylərdir. Halbuki o vaxt bu şeylərin bir neçə yüz il sonra real həyatda məişətdə işlədiləcəyini qəbul etmək, demək olar ki, mümkün olan şey deyildi. Elə indinin özündə misal üçün internet vasitəsilə bir an içində dünyanın istənilən nöqtəsinə getmək mümkünlüyü bizə qəribə gəlir. Amma istisna deyil ki, bir müddət sonra nəvə-nəticələrimiz bu yazını oxuyanda bizə bığaltı gülsün.

Qara kvadratın sirrinin nədə olmasını oxuyarkən Maleviçin bu əsəri ilə Azərbaycan futbolu arasında paralel aparmaq istədim. Həqiqətən tam fərqli anlayışlardır. İlk baxışdan adi bir şey, loru dildə desək çərçivəsinin hazırlanması da daxil olmaqla yarım saata hazır olan dünya şedevrlərindən biri – “Qara kvadratmilyonları özünə cəlb edə bilir, amma 10 ilə yaxındır üst-üstə bəlkə BİR MİLYARD DOLLARIN dövr etdiyi Azərbaycan futbolunda bir irəliləyiş yoxdur? 8 ildir ki, ölkədə “2005-2015-ci illərdə Azərbaycanda futbolun inkişfına dair Dövlət Proqramıfəaliyyətdədir. Amma uğurumuz nədir? Barmağımızı qatlayaq? İlahi, insanın çox barmağı olarmış...

TəhqiqatçılarınQara kvadratın 5 əsas sirri ilə futbolumuzu səciyyələndirək.

1. Dahi rəssamın tutqun mütləq anlaşılmaz etirafıdır.

Təbdil edək futbolumuza. Funksionerlərin tutqun mütləq anlaşılmaz etirafı. Etiraf olmasa da göz önündədir ki, inkişaf yoxdur. Varsa da yox dərəcəsindədir. “Neftçiötən il Avroliqanın qrup mərhələsinə düşdü. Xub. Əvvəla bir gül ilə bahar olmaz. İkincisi oldu keçdi, bu il həmin nəticə (əgr o da olsa) artıq uğur sayılmayacaq. Bu isə o deməkdir ki, üzümüzə gələn mövsümün artıq ilk yarımilində insult istefalar olacaq.

2. Kasıbçılıqdan, tam çıxılmazlıqdan öz qabiliyyətsizliyindən ümidsizlik nümunəsidir

Azərbaycan futbolunda kasıbçılıq yoxdu. Sadəcə əziyyət çəkirik. Dəfələrlə demişəm, indi təkrar edirəm. Futbolumuz əvvəllər pulun yoxluğundan əziyyət çəkirdisə, indi çoxluğundan problem yaşayır. Komandaların futbolçulara qoyduğu qiymət onların xaricə yolunu bağlayıb. Legioner həyatı yaşamaqla 5-10 manat ala biləcək futbolçu eyni pulu Azərbaycanda ehtiyat oyunçular skamyasının tozunu silməklə qazanır. Sərhədləri aşmağa lüzum? “Qara kvadratın o tərəfini görməyə şüuraltı anlayışlar burda da çatmır.

3. Heç bir sirrə arxalanmayan süni şişirdilmiş fetişdir.

Fetiş sözünü elə F hərfi ilə başlayan başqa sözlə əvəz etmək olar. Foqtsu nəzərdə tuturam. 3 oyunda Şimali İrlandiya Lüksemburq kimi ölkələri uda bilməyən millinin baş məşqçisi hələ postunda qalıb. Yağlı (nöyütlü oxumaq olar) əppəy olub qalıb millətin boğazında. AFFA onu yola salmaq istəmir. Haradansa tapılmış muncuq kimi elə hey oynadırıq.

4. Şeytani başlanğıcın özünütəsdiq aktıdır.

Bu məsələdə bir qədər çətinlik çəkdim. Şeytani başlanğıca hansı prizmadan yanaşmağı bilmirəm. İş ondadır ki, biz elə millətik ki, təzəsi gələndə köhnəsinin ölənlərinin həmvatına salavat çeviririk. Ona görə bir qədər ehtiyatlı olmaq da yaxşıdır. Lap dinin yarısının insaf olduğu kimi.

5. Yəhudi simvoludur.

Futbolda bunu yəhudi simvolu ilə əlaqələndirmək heç olmaz. Sadəcə olaraq buna lənətlənmiş millət kimi baxmaq olar. Biz bəlkə doğrudan da futbol baxımından lənətlənmiş xalqıq? bilim Vallah...

Digər tərəfdən , ola bilər. Çünki qədər stadionu suyu süzülə-süzülə tərk etmək olar? Axı su aydınlıqdır. Belə çıxır ki, aydınlıqdı, amma bizlik deyil? Onu biz bilirik. Niyə bizə əksini sübut edirlər. Kor kor, gör-gör ki, qatıq qara deyil axı...

Yenə qayıdım qara anlayışına... “Qara kvadrata. Qara rəng bütün rəngləri udur. Ona görə qara kvadratda rəngarəng kubu görmək çətindir. Qaranın arxasında ağı, yalanın arxasında həqiqəti, ölümün arxasında həyatı sezmək ələlxüsus dəfələrlə. Amma buna nail olanlara fəlsəfi formula açılacaq.

Qara kvadrat” – təkcə şəkil deyil. “Qara kvadratdahi rəssam yox, filosof Kazimir Maleviçin bizə müraciətidir. Bu müraciətin əsl məğzini, harmoniyanı bu formulasını anlayaraq, ətraf mühiti tam fərqli dərk eləmək olar. Hər tərəfə tam fərqli baxış nöqtələrindən tamaşa edin. Onda sizin qarşınızda rəngarəng dünyanın bütün gözəlliyi canlanacaq.

Asif BAĞIROV, “Het-trik news”

P.S. Uşaqlıq dostum musiqiçidir. Toyda şahidi olduğu bir hadisəni mənə nəql etdi. Yetərincə inadkar bir fotoqraf toyda yekəqarın kişilərin oturduğu (sözün həqiqi məcazi mənasında, çünki, məclis başlanandan 1 saat sonra stolun üstünüsüpürmüşdülər”) masaya yaxınlaşaraqHəmişə toyda, subaylardan görəsinizdeyərək, xatirə şəkli çəkdirməyi tövsiyyə edib. Bu vaxt masanın arxasındakı yekəqarın kişilərdən biri şəstlə – “Ə, şəkli neynirəm, get ordan ət gətir, ət!” deyib.

Bax belə. HamınıQara kvadratdüşündürdüyü halda bizimkilərin beynindəQara(gün) kvadratdır.

 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail