Futbolumuz inkişaf edir, yoxsa kimlərinsə cibləri? YAZI

23.09.2013 | 7452 dəfə oxunub

Puləl çirkidi”. Bu ifadə çoxdan aktuallığını itirib. Çünki vaxtiləvicdan”, “ləyaqət”, “tərbiyəsözlərinin heçayağının tozu olmayanpul, günümüzdə hətta valideyn-övlad münasibətlərini belə arxa plana keçirib. Azərbaycan futbolunda fırlanan pullar haqda sərhədlərimizdən çox-çox uzaqlarda belə xəbərdardılar. Götürək elə uzaq Çilini. İndi Nikolas KanalesKolo-Kolonun oyunundan sonra dostları ilə pivəxanada oturaraq, “Azərbaycandakı günlərimi qaytaraydılar, gələn günlərimi qurban verərdim...”, deyə-deyə, ah çəkir...

Pirojki6 milyonluq büdcə

Ancaq çətin ki, məşhurpirojkiylə oyuna çıxanlar ötən günlərin qayıtmasını istəyələr. Axı bu gün bahalı avtomobillər, təmtəraqlı villalar daha nələr, nələr olan yerdə, “pirojkini yaxın buraxan olmaz. Sabiq idman yazarlarından biri yaxınlarda çay masası arxasında bəndənizə gözəl bir söz dedi: “Azərbaycan futbolu yox, Azərbaycan futbolunda olanlar inkişaf edir. Əqli cəhətdən yox ha, maddi tərəfdən”. Həmkarımın sözləri ilə razılaşmamaq olmur. Çünki silinən ciblərə axan pullar, həqiqətdə xərclənənlərlə müqayisəyə gəlmir. Nəticədə Qazağıstan Avroliqada təmsil olunur, bizim üçün röya kimi görünən Çempionlar Liqasının qrup mərhələsi Moldova Belarus təmsilçilərinə qucaq açır. Axı mümkün deyil ki, maliyyə dayaqları bizim ortabab klublarla eyni olan BATE hər dəfə təsadüfən ÇL-in qrupunda oynasın! Bu yazını qələmə alarkən, internet resurslarında elə həmin BATE ilə bağlı bir müsahibə gözümə sataşdı. Belarus çempionunun idarə heyətinin sədri Anatoliy Kapskiy 2008-ci ildə UEFA-nın rəsmi saytına verdiyi müsahibədə klubun illik büdcəsinin 6 milyon avro təşkil etdiyini bildirib. Bəs bizim klublarda vəziyyət necədir? Bax bu suala cavab tapmaq üçün vurdum özümü Arandan Turana... 

Transfer menecmentinin dəyəri

Bir çoxfutbol mətbəxində bişmiş insanlarla bu barədə apardığım söhbətlər təxmini aşağıdakı vəziyyətə gətirib çıxardı.

Liderlik, özü böyük fərqlə iki kluba məxsusdur – “QəbələBakı”. Bu komandalar il ərzində kluba 30-35 milyon manat xərcləyirlər. Bura futbolçuların məşqçilərin müqaviləsi, aylıq məvaciblər, bonuslar, təlim-məşq toplanışları, səfər qarşılaşmaları, yol xərcləri, uşaq futbolu tikinti layihələri daxildir. Məhz hələ bu tandemin bazada tikinti işlərinin aparması digər klublarldan xeyli çox vəsait xərcləmələrini şərtləndirən başlıca amildi. Əldə etdiyim məlumatlara görə, hər iki komanda futbolçularına həvəsləndirici (podyomnıy) formasında orta hesabla təxmini 400 min manat verir. Yenə BATE ilə müqayisə aparıb, qeyd edim ki, Belarus çempionunun APARICI futbolçulçuları aylıq məvacib kimi 11 min avro alırlar. Diqqət yetirin, bizimkilərə həvəsləndiricidən başqa aylıq maaş da verirlər. Elə həmin klubun başçısının müsahibəsində daha bir maraqlı fakt diqqətimi çəkdi. Çempionlar Liqasının qrup mərhələsinə düşdüklərinə görə komanda üzvlərinə 2 milyon avro mükafat paylanacaq. Başqa sözlə, nəticəni əldə etsanballı bonusunu al! İşinə görə futbolçularına qiymət verən BATE rəhbərliyi bu addımıyla məlum nəticələrə imza atıb. O nəticələrə ki, bizim klubların yuxusuna girə bilməz. Vaxtilə həmin praktika futzal klublarımızdan birində var idi. “Turan AİRRusiyanın aparıcı 5 futzalçısını ölkəmizə dəvət etmişdi dünya şöhrətli Marat Abyanov, Andrey Yudin, Rusiya millisinin dirəyi sayılan Konstantin Duşkeviç kimi oyunçularlanəticə verbonusunu altipli müqavilə imzalamışdı. Göründüyü kimi bizim məmləkətdə fəaliyyət göstərən klublarda transfer menecmentiyoxsəviyyəsindədir. 

20 milyonluq klubların 20 qəpiklik uğurları

Büdcəyə görə növbəti pillədə dayanan 3 klubumuz var – “Neftçi”, “Xəzər LənkəranQarabağ”. Bu komandalar ildə təqribən 20 milyon manatlarından keçirlər. ƏgərNeftçiQarabağAvropa miqyaslı yarışlarda cüzi olsa, uğurlarla öyünə bilərlərsə, Lənkəran təmsilçisinin pulları havaya sovurduğunu əminliklə söyləmək olar. Əlbəttə, həm-qaraların, həm ağdamlıların bossları uğurlarına kölgə saldığımı iddia edə bilərlər. Çünki Azərbaycan çapında analoqu olmayan nəticələrə imza atıblar. Ancaq mənöz suyumuzda qaynamaqdan bezmişəm. Bax bu səbəbdən bu sualı verməyi özümə borc bilirəm: necə olur, Belarus çempionu 6 milyonla mütamadi olaraq, ÇL-in qrupunda oynayır, siz 20 milyonla hansısa AL-dən danışırsınız? Deməli, işləməyi bacarmırsınız. Deməli, 20 milyonla ÇL-in qrupuna yüksəlməli orda adlı-sanlı rəqiblərlə başa-baş mübarizə aparmağa borclusunuz!

Bu gün sorğu keçirilsə sual versələr ki, “ölkəmizdə ən zəhlən getdiyi klub hansıdı?”, zənnimcə liderlikİnterə məxsus olar. Səbəb kimi klub prezidenti baş məşqçinin azərbaycanlı olmaması, sənədləşdirmə işlərinin ana dilimizdə aparılmaması, yerli futbolçulara az şans verilməsi kimi açıqlamalar göstərilər. Onda mən bir məqama toxunum: məgər Azərbaycan vətənaşlığı verilən futbolçular bu sənədi əyri yollarla almayıblar? Birinin ulu babasının xalasının qaynı, digərinin nənəsinin repressiya illərində təsadüfən Bakıdan yol ötməsinəticədə ndukalara, pereyralara, fereyralara, qomeslərəazərbaycanlıolmağa kifayət edib. İndi 7-ci sort türkləri milliləşdirmək dəb halını alıb. Sözümün canı odur ki, “İnter azərbaycanca danışan axtarmaqdansa, qeyri-qanuniazərbaycanlaşanlarla mübarizə aparmaq lazımdı. Niyə? Ona görə ki, “İnterin prezidenti Cahangir Hacıyev klubun başına qohum-əqrabasını yığmayıb, klub büdcəsini kasad etsə , konkret nəticələr verməyi bacaran bir meneceri gətirib. Bəli, bu ilİntersonuncudu, bəs əvvəlki mövsümləri hara yazaq? Yəni peşəkarlıqdan danışırıqsa, məhzİnterin pulları havaya sovurmadığının şahidi oluruq.

Dörd səbəb

Büdcəyə görə 3- qrupa daxil olan komandalarİnterSimurqdu. Bu klublar il ərzində təqrubən 4-5 milyon manat xərcləyirlər. “Simurqböyük qardaşına nisbətən daha az maliyyəyə sahibdir ki, bu, bu da nəticələrdə özünü göstərir.

Ən kasıblar isəSumqayıt”, “Rəvan AZAL-dır. “Rəvan” 1,5 milyonla başını girləyirsə, digər 2 komanda 1 milyon manatla elitadakı günlərini keçirir.

Bu nəticələrə əsasən müəyyən fikirlər irəli sürmək olar. Əgərİnter”, “Simurq”, “Rəvan”,”Sumqayıt”, AZAL-dan nəsə tələb etmək bir qədər ədalətsiz görünürsə, “Bakı”, “Qəbələ”, “Neftçi”, “Xəzər LənkəranQarabağayrılan maliyyənin qarşılığını verməyə borcludu. Lakin bir sıra səbəblər var ki, varlı klublarımızın Avropa meydanlarında uğur qazana bilməməsini şərtləndirir. İlk növbədə onu qeyd edim ki, ayrılan büdcələrdə kifayət qədər yeyintilər var. Yəni BATE-nin bizim klubların nəticələrini xeyli arxada qoymasının başlıca səbəbi 6 milyonun 100 faizini kluba xərcləməsidir.

İkinci faktor klublarda qohub-əqraba prinsiplərinin hökm sürməsidi. Doğrudu, bu, tək futbolda müşahidə olunmur. Məsələn, hansısa nazirin qardaşı heç olmasa deputat olmalıdır, hansısa dövlət məmurunun bütün qohumları yüksək vəzifələrdə çalışmalıdırlar. Təəssüf ki, bu əcaib mənzərə futbolumuza da siraət edib. Qeyri-peşəkarların da qurduğu işin acı nəticəsi futbolumuzun başında çatlayır.

Üçüncüsü, menecment transfer sahəsində çalışanların ilk növbədə şəxsi mənafeləri üçün əziyyət çəkməsi. Klublarımızda seleksiyaçı məşqçilər fəaliyyət göstərdiyi bir vaxtda, əksər əcnəbi oyunçular digər menecerlərin vasitəsi ilə gətirilirlər. Niyə? Bunun iki səbəbi ola bilər: ya alan adam özü maraqlıdır ki, kənar menecerlərlə işləyib, cibini doldursun, ya da seleksiyaçı məşqçilər fərasətsizdirlər.

Dördüncü məqam marketinqlə bağlıdır. Klublarımızın marketinq şöbələri ya görə bilmir, ya da ümumiyyətlə mövcud deyil. Əks halda hər bir klubun fan-şopu fəaliyyət göstərər, atributların satışı təşkil olunar, müxtəlif təhsil ocaqlarında təbliğat xarakterli görüşlər keçirilər. Bütün bu məsələlər xırda gösənsələr , nəticədə tribunalara azarkeş axınına təsir göstərər, gələcəkdə isə abonement, atribut, bilet satışından kifayət qədər gəlir əldə etmək olar ki, bu da klub infrastrukturunun inkişafına təkan verər.

Sabun köpüyü

qədər ki, bütün yuxarıda sadaladıqlarım axsamalar futbolmətbəximizdə davam edəcək, BATE, “Şerifkimi komandalara baxıb həsəd aparacağıq. ən əcaibi budur ki, futbol oliqarxların əllərindədir. Heç bir klub özünü saxlamaq iqtidarında deyil asılı vəziyyətdədir. Yəni, istənilən an Azərbaycan futbolu sabun köpüyü kimi partlaya yenidənpirojkili günlərqayada bilər.

Növbəti sayımızda klubların müstəqil olması yönündə araşdırma yazıyla görüşünüzə gəlməyə çalışacağıq. Ümid edək ki, klublarımızda avropalşma dildən əmələ keçəcək.

Ceyhun ƏLİYEV, “Het-trik news” qəzeti



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail