Böyükağa Hacıyevə bir sual, bir xatırlatma - YAZI

20.01.2014 | 14445 dəfə oxunub

Tarixi dəqiq – günə-gün xatırlamıram, amma dəqiq bilirəm, Böyükağa Hacıyev o vaxt “Bakı”da klubun prezidenti Hafiz Məmmədovun müşaviri vəzifəsindən baş məşqçi postuna yeni keçmişdi.  “Bakı”nın “ev” oyunlarını oynadığı Respublika stadionunda idim. Fasilədə nəysə almaq üçün stadionun “VİP loja”ya yaxın qapısından çıxırdım ki, qol-qola gələn iki məşqçiylə qarşılaşdım. Biri Böyükağa Hacıyev, digəri isə Nazim Süleymanov. Bunlarla bir qədər söhbətləşdik, necə oldusa, Böyükağa müəllimdən telefon nömrəsin istədim. Cavabı hələ də dəqiq xatırlayıram: “Bax, bu Naizm (Süleymanov) mənim qardaşımdı. Nə vaxt lazım oldum, ona xəbər elə, məni sənə “calaşdırar”.

O vaxtdan çox zaman keçib, aylar, illər. İş elə gətirdi ki, Nazim Süleymanovla Böyükağa Hacıyevin dostluğunun səmimi olmadığı ortaya çıxdı. İndi iddia edilir ki, Süleymanovun “Neftçi”dən göndərilməsində Hacıyevin “barmağı” olub. Maraqlıdır, indi də Böyükağa müəllimin telefon nömrəsin tapmaq olmur. Hacıyevə zəng çatmır. Görəsən Nazim Süleymanova zəng etsəm, məni Böyükağa Hacıyevlə “calaşdırar”? Köhnə dostuyla. Görəsən onları bir də nə vaxtsa qol-qola görmək mümkün olacaq?

Və...

“Fənərbaxça”yla yoldaşlıq oyunundan sonra Hacıyev yenə iş başında idi. Böyükağa müəllimin “Belə çıxır ki, Allah da bizim (“Fənərbaxça”nın Türk klubu olmasını və Türkiyə ilə Azərbaycanın qardaş ölkə olduğunu nəzərdə tutur) qardaşlığımızı qəbul edir və oyun mehribançılıqla, sülhlə bitir” sözlərində başqa məna da xtarmaq olar. İş orasındadır ki, “Fənərbaxça” daha öncə - ötən il “Xəzər Lənkəran”la yoldaşlıq oyununda Cənub təmsilçisinə 4 cavabsız qol vurmuşdu. Böyükağa müəllim, belə çıxır ki, Allah “Xəzər Lənkəran”la qardaşlığı qəbul etmir? Bəlkə fərq qoymayaq?!

P.S. Sabah Böyükağa müəllim “Türkiyə çümpionatının səviyyəsi aşağıdır. Orda birinci olan klub Azərbaycanda üçüncü yerdə gedən “Neftçi”ylə bacarmır” desə, qəti təəccüblənməyin. Kişi düz deyir də.

Yeksiz, Kapello!

Vüsal BƏBİRLİ



  #1   Adınız: Metin;   E-mail: [email protected]

06.02.2014 19:15

O qədər də yaxşı yazı deyildi fikrimcə..

ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail