"Atletiko"nun Bakı tədbirində zurnalist görməmişliyi - YAZI

29.05.2014 | 7917 dəfə oxunub

Ölkəmizdə son illərə qədər bəlkə də, sayı müəyyən olunacaq qədər “Atletiko” azarkeşi vardı. Tam əminliklə demək olar, indi, onların sayı olduqca çoxdur. Səbəbin də bilirsiz... “Bakı”nın prezidenti Hafiz Məmmədov. Məhz Məmmədovun sayəsində “Land of Fire Azerbaijan” brendə çevrildi. Bu brend isə “Atletiko”ya çox düşərli oldu. Komanda Çempionlar Liqasının finalına vəsiqə qazandı, İspaniya La Liqasın qazandı. Ötən gün isə “Atletiko” rəhbərliyi, başda klub prezidenti olmaqla, bizlərin daha çox sevdiyi Arda Turan və Qodin məhz La Liqa kubokuyla birgə Bakıda idi. Təbii ki, bu mətbuat konfransaında deyilən sözlərlə, kubokun Bakıya gətirilməsiylə Azərbaycanda heç bir ac şəxsin qarnına nə bir tikə çörək, nə də bir içim su getmədi. Ancaq həmin susuz və ac şəxslərin möhtacsız yaşaması üçün madridlilərin Bakıya etdikləri səfər, dedikləri sözlər ölkə siyasəti, imizi üçün böyük əhəmiyyət kəs edirdi.

Əl qərəz...

Toxunacağım məqam bunlardan tam uzaqdır. Mətbuat konfransı başa çatdıqdan sonra bir yekə qara sumka (çanta) açdılar, içində “Atletiko”nun müxtəlif rəngli formaları varmış, sən demə. Hörmətsiz KİV nümayəndələri bir anlığa həmin balaca qara sumkaya hücum çəkdilər. Həmin anı sadəcə kənardan izləmək istədim. Bilirsiz, o anda filmlərdə günlərcə səhrada susuz qalıb, günlər sonra boz-bulanlıq bir gölməçəyə rast gəlib və ora özünü vəhşicəsinə atan insan obrazı gözüm önündə canlandı. Bir anlıq qara sumkaya hücum çəkildi və hərə öz yerinə qayıtdı. Ən son məhz bəndəniz yaxınlaşdı. Bir dəst də olsun qalmamışdı. Daha sonra baxdım ki, bir çoxlarının əlində, 3-4, hətta 4-5 forma dəsti var. Sağ olsun Kamran Hacı ki, o basabasda əldə etdiyi 2 formadan birini bəndənizə bağışladı.  Biri digərindən xahiş edir ki, ona da bir forma versin. Axı əlində ən azı 3 dəst var. Deyir ki, yox, olmaz, ondan xahiş ediblər. Ay zurnalist, sən ora gələndə heç kim bilmirdi burada forma paylanacaq və hamam suyuyla özünə dost tutma. Orada hər jurnalistə bir forma nəzərdə tutulmuşdu. Axı sənin nəyini qınayım mən? Bax buna görə deyiblər, görməmişin bir oğlu oldu, dartdı ... çıxartdı. Ay zurnalist, adam ol, etikan olsun, görməmiş olma. Millətə xəbər verən, əxlaq dərsi keçən sənsən. Amma sənə yekə bir mədəniyyət dərsi keçən lazımdır.

Səni qınamıram da. Oyundan sonra rəqib futbolçudan formasını almaq üçün diz çöküb yalvaran milli futbolçudan yazan zurnalist elə siz ola bilərsiz, başqa heç kim. Ayıb olsun sənə, zurnalist, ayıb...

P.S. Daha Ayı qo... demirəm...

Vüsal BƏBİRLİ



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail