Hafiz Məmmədov haqda yaz(ıl)anlara sözardı

06.07.2014 | 19486 dəfə oxunub

“Bakı” klubu və bu komandanın sahibi olan Hafiz Məmmədov barədə yazılanlar səngimək bilmir. Nələr yazırlar eee, nələ?!

Son müşahidələrimdən belə qənaətə gəldim ki, bir çoxları Hafiz müəllim barədə yazmaq üçün, daha doğrusu yazdığının diqqət çəkməsi üçün özündən fantaziyalar yaradır, sonra da bunu mundarçılıqla saytında, qəzetində dərc edir. Buna sonra qayıdacam...

5-10 MİLYON ONUN ÜÇÜN NƏDİR Kİ?!

Hansı səbəbdən olduğun bilmirəm, amma “Bakı” klubunda yaranan maliyyə problemi də itlərin əlinə yamanca bəhanə verdi. İndi söz yox ki, “Bakı”nın futbolçularının pulu 5-6 aydı verilməyib. Bəs bu deməyə imkan verir ki, Məmmədov kasıb düşüb? Əsla! Hafiz müəllim nə qədər kasıblasa da, 3-4 milyon, hətta 5-10 milyon manat onun üçün böyük bir para olmaz ki, futbolçularının pulun versin. Ən pis halda bunu milyonçu dost-aşnasından alar, futbolçunun pulun verər. Bu, sadəcə bəndənizin subyektiv fikridir və obyektiv olduğuna da tam əminəm. Bəs bu problem niyə həll edilmir? Bax əmma da bu “niyə”dədi. Demək ki, Məmmədov da nəsə bilir, yoxsa bu kiçik problem çoxdan yox edilmişdi. Başqa bir qənaətim də budur ki, kimlərsə ona maneələr törədir ki, bu problemin həlli yubansın. Sonuncu variant isə daha ağılabatandır.

UĞURUN GÖZLƏRİ GÖTÜRMƏDİ!

Şübhə etmədiyim mənbələrdən aldığım məlumata görə,Hafiz müəllimin ölkə xaricində futbola yatırdığı pulların qarşılığında əldə etdiyi uğurlar, bunun nəticəsində xaricdə ortaya qoyduğu diaspora işləri, əvvəl “Atletiko”nu, daha sonra isə bu komandayla birlikdə İspaniya La Liqa kubokun Azərbaycana gətirərək ölkə prezidenti cənab İlham Əliyevə təqdim etməsi içəridə olan çoxlu sayda insanlara xoş gəlməyib. Millətin qanında, damarında var axı, yuxarı gedənin ayağından tutub dartsınlar aşağı ki, “ayə, hara gedirsən? Biz qaldıq axı?!”.

Uzun sözün qısası, “Land of Fire Azerbaijan”ın ortaya çıxması və bu adın brendə çevrilərək Azərbaycanı bütün dünyaya tanıtması məhz Hafiz Məmmədovun adıyla bağlı oldu. Məmmədov da həqiqətən son 1-2 ildə çox adından söz etdirdi və az qalsın bu şəxsi bütün dünya tanısın vətanıdı da. Bax bununla da Məmmədovun qarşısına süni maneələr, problemlər çıxartdılar. Yaxşı deyiblər, “milçək bir şey deyil, amma ürək bulandırır”. Bax həqiqətən eynən bu durum yaranıb. Özləri bir şey deyillər, amma şərəfsizcəsinə yaratdıqları cılız əngələrlə ürək bulandırırlar. Sizi inandırım ki, Land of Fire Azerbaijan” adı brendə çevrilməsəydi, Hafiz Məmmədov da bu ölkənin ən önəmli iş adamına çevrilməsəydi, indi işlər yağ və bal kimi gedirdi. “Bakı”nın da heç bir problemi yox idi!

ŞƏRƏFSİZLƏRİN ƏLİNƏ BƏHANƏ...

Bütün bunlar isə bir çox şərəfsizin əlinə əla bəhanə oldu.

Futbol tədbirlərində görməyəndə, atalarından çox darıxdıqları Hafiz Məmmədovu az qalsın xalqa düşmən edələr...

İşçisinə “sən get tədbirə, Hafiz Məmmədov gəlsə, mənə də tez xəbər elə” deyən əclaf sayt və ya qəzet rəhbəri indi ondan nələr yazmır...

Qarlı qış gecəsində Məmmədovun verdiyi bir neçə min avronu gözləri havalanmış şəkildə cibinə basan, daha sonra “Hafiz müəllim, sizinlə təklikdə danışa bilərəm” deyib, utanmadan, çəkinmədən “biraz ailə problemlərim var” deyərək daha bir neçə min alıb və sevincindən titrəməyə düşən qeyrətsiz jurnalistcığazlar indi “Bakı” barəsində elə qeyrətsizcəsinə də yazmaqdadırlar...

AFFA İcraiyyə Komitəsinin iclasından sonra qaçaraq, uçaraq Məmmədovun öz ofisinə dəvət etdiyi jurnalistlərə yetişməyə cəhd edən və aldığı bir neçə min dollardan sonra “mənim heç vaxt bu qədər pulum olmayıb” deyərək sevincindən uçan əclaf indi uydurma xəbərlər yazmaqdadır...

Hafiz Məmmədova yaxın bir neçə jurnalistə az qala hər gn zəng edərək, mesaj yazaraq “nə xəbər, şefin yanına getməyəcəyik ki” deyə soruşan vicdansız indi o qədər uydurma yazır...

Bunu o qədər uzatmaq olar ki... Bütün günahlar isə Hafiz Məmmədovun özündədir. Çünki onun kimi bir insan bilməliydi ki, bu qədər yaltaq yığını onun üzünə ona görə gülür ki, şəxsinin nəzakətinə bəlddirlər. Və bilirlər ki, görüşdən sonra Məmmədov onlara görüm-baxım edəcək. 2-3 aydan bir bu yaltaq yığının yanına buraxmamalıydı!

Maraqlı bir olay yadıma düşdü. Xarici səfərlərin birində Məmmədov jurnalistə pul verir. Jurnalist isə “mən rüşvət qəbul eləmirəm” deyir. Hafiz müəllim isə gülümsəyərək “qardaş, bu rüşvət deyil. Rüşvəti millətin içində vermirlər. Bura yad yerdi, aın, edin şəhərə çıxın. İstəsəz yaxınlarınıza nəsə alın. Əgər istəmirsən nəsə almaq, al bu pulu, çıx oteldən kənara, payla kimsəsizlərə”.

Jurnalist pulu alıb qoyur cibinə, axaş da daha nələr-nələr edir, orasını yazmaq ayıb olar...

“Bakı”nın oyunundan sonra Hafiz müəllimin verdiyi 2-3 min dolları alanda “mən bunu ancaq reklam pulu kimi götürürəm” deyən jurnalist bir neçə gün sonra soruşur ki, “sən bilərsən, “Bakı” reklam pulların verməyəcək?”.

Adamda üz də yaxş şeydir də...

Nə etsin? Hafiz Məmmədov bax belə insandır.  Bunu o qədər də çox uzatmayacam. Sizcə onun bu qədər yaxşılıq etdiyi jurnalistlərin indi onun haqda bu qədər ağ yalanlar yazması kişilikdəndir, vicdandandır, qeyrətdəndir? Gərək bunlar o adamda olsun axı, yoxdur, ona görə də yazır.

Kərbəlayi Ələmdarın Cümə moizəsindən sonra dediyi bu sözlər yadıma düşdü: “Vəhabi olmaq üçün əvvəl şərəfsiz, qeyrətsiz, namussuz, vicdansız, əclaf olmaq lazımdır, sonra vəhabi”.

 Həqiqətən də, Məmmədovun o qədər yaxşılıqlarından sonra onun barəsində belə şeylər yazmaq üçün elə Kərbəlayinin dediklərindən olmaq lazımdır.

ÖZLƏRİN SONUNCU YOLA QOYDULAR...

Ötən gün isə bunlar özlərin sonuncu yola qoyduqların açıq şəkildə, nümayişkəranə etiraf etdilər. Hafiz Məmmədovun həbs edildiyin yazdılar. Məmmədov bu ölkəyə, xalqa, dövlətə nə etdi ki, Respublikadan qaçarkən hava limanında həbs edilir?

Yəqin gözünüz aydın olmadı, çünki Məmmədovun həbsi barədə yayılan xəbərlər ağ yalandan başqa bir şey deyildi. Əlinizə nəsə keçdi bununla?

Millət, Hafiz Məmmədov həbs edilməyib. Bu xəbər ağ yalandan başqa bir şey deyildi. Aldığım məlumata görə, hazırda Bakıda Hafiz müəllimin çox hörmətli qonaqları var və başı onlara qarışıqdır. Və böyük ehtimalla qonaqların yola saldıqdan sonra jurnalistlər önünə çıxacaq!

Ölkə, millət üçün bu qədər işlər görən, çoxlarına sahib çıxan, kimsəsizlərə yardım edən, üstünə gələni boş qaytarmayan, vətən adın hər şeydən üstün tutan bu insan üçün belə böhtan yazmaq üçün insanlığı kənara qoymaq lazımdır.

P.S. Ay vicdansız, Hafiz Məmmədov barədə bu qədər yazırsan. Bəs nə üçün tez-tez səni nəcis qonaqlığına dəvət edən, ağzına nəcis tökən klubun biabırçı çıxışından da yazmırsan? Çünki ...

Vüsal BƏBİRLİ

Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

18.11.2017

17.11.2017

17:42  "Qarabağ" - “Sumqayıt” - HEYƏTLƏR

16.11.2017

15.11.2017

11:35  Azərbaycan - Kosova 0:0 VİDEO

14.11.2017

13.11.2017

11.11.2017

12:00  İsveçin qələbəsi VİDEO

10.11.2017

   
  O Q H M T-f X
1. Qarabağ 10 8 1 1 17:4 25  
2. Zirə 11 7 3 1 19-8 24  
3. Qəbələ 11 7 1 3 16:11 22  
4. Sumqayıt 11 5 1 5 14:15 16  
5. Neftçi 11 4 1 6 12-11 13  
6. Səbail 10 3 0 7 6-16 9  
7. İnter 11 2 2 7 8:17 8  
8. Kəpəz 11 2 1 8 7-17 7  
15.10Səbail ---Neftçi
14.10Sumqayıt 0-1Qəbələ
14.10Zirə 3-0Kəpəz
13.10İnter 0-2Qarabağ
20.10Səbail -İnter
21.10Sumqayıt -Zirə
21.10Kəpəz -Neftçi
22.10Qəbələ -Qarabağ