Bir qapıçının gördükləri - KÖŞƏ

08.09.2014 | 4788 dəfə oxunub

Futbol üzrə millimizin rusları necə təəccübləndirdiyini hər kəs gördü. Ruslar da qəribə millətdilər, artıq neçənci dəfədi alman Berti Foqtsun qurub-yaratdığı Azərbaycan yığması ilə top qovurlar, amma yenə ağılları başlarına gəlməyib. Elə hər dəfə nəsə bir möcüzə gözləyirlər.

O gün heç bilmirəm necə oldusa, Rusiyada çap olunan qəzetlərdən biri əlimə keçdi. Qonşu yığmanın qapıçısı İqor Akinfeyev komandamızla keçirilən oyun haqqında fikirlərini bölüşmüşdü. Rusların qapını etibar etdikləri İqorun jurnalistlə müsahibəsini bir balaca tərcümə elədim təqribən belə alındı.

- İqor, Azərbaycan yığması ilə yoldaşlıq oyununda qapını qoruyurdun. Matç haqqında təəssüratlarını bilmək istərdim...

- Açığını deyim ki, oyuna düz-əməlli baxa bilmədim.

- Niyə?

- Sözün düzü, telefonla mesaj yazırdım.

- Sirr deyilsə, kiminlə mesajlaşırdın?

- Sirr deyəndə ki, təzə rəfiqələrimdən birinə şeirdən-poemadan guppuldadırdım. Sonra radio kanallardan birinin canlı efirinə qoşuldum, viktorinanın suallarına cavab verdim

- Birinci hissənin sonlarında nədənsə narahat görünürdün. Bunun səbəbi idi?

- gizlədim, qarnım dəhşətli dərəcədə ağrıyırdı, gördüm imkan var, özümü verdim ayaqyoluna. Azərbaycanlı futbolçuların xəbəri olmadı, hər halda mən belə anladım.

- Bəs, ikinci hissənin əvvəlində niyə səni oyunda görə bilmədik?

- Sən deyəsən məndə sirr saxlamayacaqsan... Sözün düzünə qalsa, tərslikdən sürücülük vəsiqəmin vaxtı elə həmin gün bitirdi, gördüm fürsət var, matçın şirin yerində milisə gedib bu problemi həll etdim.

- Berti Foqtsun komandasından hansı futbolçunu xüsusi qeyd etmək istərdin?

- deyim vallah, rəqib futbolçular çox uzaqda olduqlarından heç kimi görə bilmədim. Tribunanın sol tərəfində köhnə qonşularım oturmuşdu, elə onlarla bir az söhbət elədim ki, arada məni yuxu tutmasın.

- Deyəsən, yatmaqla o qədər aran yoxdur...

- Belə ... Yatağan deyiləm, amma Azərbaycanla, Malta Lüksemburqla oyunlar zamanı gözümün acısını ala bilirəm, bu da mənə kifayət edir.

- Müsahibələrinin birində demişdin ki, təzə albalını çox sevirsən?

- Sevirsən sözdü? Sözün açığı, sonuncu yoxlama oyununda birdən yadıma təzə albalı düşdü. Görüşün 70-ci dəqiqəsində özümü verdim stadionun yaxınlığındakı bazara. Fürsət yaranmışkən, niyə bundan istifadə etməyim?

- Təəssüfləndiyin anlar olurmu? Sonuncu dəfə zaman təəssüf hissi keçirmisən?

- Düzünə qalsa, nadir hallarda təəssüflənirəm. Sonuncu dəfə Azərbaycan millisi ilə oyunda belə bir hiss keçirdim. Yeni aldığım evə bahalı divar kağızı yapışdırmalı idim. Oyun zamanı yadıma düşdü ki, yapışqan almalıyam. Elə dükana getməyə hazırlaşırdım ki, özbək hakim matçın bitdiyini bildirdi. Görüşdən sonra da getdim hamama, başım qarışdı. Elə o gündən yapışqan ala bilməmişəm.

- Dünyanın hansı yığmaları ilə oyunda qapını qorumaq istərdin?

- Sözsüz ki, Azərbaycan yığması ilə. Elə düşünürəm ki, bütün həmkarlarım mənimlə eyni fikirdədirlər. Belə komanda ilə kim görüşmək istəməz ki...

İqor Akinfeyevin sözü olmasın, açığı, rus dilini ala-babat bilirəm. Rusiya yığmasında qapı etibar olunan adamın fikirlərini öz bildiyim kimi tərcümə eləməyə çalışdım. Heç bilmirəm necə alındı...   

Etibar Cəbrayıloğlu

“Het-trik news” qəzeti

Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

24.04.2017

14:18  "Qəbələ" - "İnter" -HEYƏTLƏR

23.04.2017

16:14  AZAL - "Kəpəz" - HEYƏTLƏR

16:12  "Zirə" - "Neftçi" - HEYƏTLƏR

16:11  "Qarabağ" - "Sumqayıt" - HEYƏTLƏR

22.04.2017

01:13  Premyer Liqada XXVII turun STATİSTİKASI

   
  O Q H M T-f X
1. Qarabağ 27 18 5 4 44:13 59  
2. Qəbələ 26 13 10 3 43:16 49  
3. İnter 26 11 10 5 36:28 43  
4. Zirə 27 8 10 9 25-28 34  
5. Kəpəz 27 8 9 10 23-27 33  
6. Sumqayıt 27 8 8 11 26:34 32  
7. Neftçi 27 9 3 15 25-42 30  
8. AZAL 27 1 7 19 13-47 10  
24.04Qəbələ ---İnter
23.04Kəpəz 2-2Neftçi
23.04Qarabağ 2-1Sumqayıt
23.04AZAL 1-2Kəpəz
01.01 -
01.01 -
09.04Kəpəz -Neftçi
09.04Qarabağ -Qəbələ