Vitse-prezident "Neftçi"ni xalqa güldürür

02.12.2014 | 8023 dəfə oxunub

El arasında bir deyim var: “Görəcək günlərimiz varmış”, “görəcək günlərimiz hələ qabaqda imiş” kimi.

Dünya arenasında heç bir uğuru olmayan, hətta futboluna hörmət belə edilməyən ölkə futbolunda əcaib qərarlar verilir. Daha dəqiqi futbol əcaibləşdirilir. Yəqin ki, əcaibəbənzərlər tərəfindən.

Ötən gün mətbuata açıqlamasında “Neftçi” klubunun prezidenti Sadıq Sdıqovun  müşaviri Elnur Əşrəfoğlu bildirib ki, daha mətbuata danışmayacaq. Səbəb soruşanda çox gülməli cavab verib: “Neftçi” klubunun vitse-prezidenti Elnur Məmmədov mənim mətbuata açıqlama verməyimə qadağa qoyub”.

Əşrəfoğlu sözlərinə onu da əlavə edib ki, bütün suallar üçün elə Elnur Məmmədovun özünə müraciət edək. Elnur Məmmədov Elnur Əşrəfoğlunun səsin niyə “kəsir”? Bu suala cavab tapmaq üçün vitse-prezidentə müraciət etdik. Di gəl, telefon zənglərimizə cavab vermir. Sonra klubdan xəbər aldıq ki, bu nöcəvan “vobşe” mətbuata danışmır. Deyib ki, sualı olan kəs, suallarını e-mail vasitəsiylə ona ünvanlasın.

Gülün-gülün... qədər istəsəz!..

Elnur Məmmədov suallara e-mail vasitəsiylə cavab verəcəkdisə, daha “Neftçi”nin vitse-prezident nəyinə lazım idi?

Deyəsən, AFFA-nın baş katibi Elxan Məmmədov öz adamını “Neftçi”yə yerləşdirib orada söz sahibi olmaq istəmir. Əksinə, bu klubu gözdən salmağa çalışır. Hələ bir neçə gün əvvəl “Bakı”yla yoxlama oyununda Elnur Məmmədova yaxınlaşsaq da, o, açıqlama verməkdən boyun qaçırdı. Deyilənə görə, vitse-prezident din əhlidir, namaz qılır. Lap yaxşı. Allah imanın kamil, ibadətin qəbul etsin. Amma burda da bi əmma varmış. Elnur Məmmədov klubda namaz qıldığı zaman qapı-pəncərəni bağlayır, işıqlaeı söndürür. Day bu tip adamdan telefonla açıqlama almaq olar? Mətbut vaxtilə “Neftçi”ni qoluzorluq etməkdə günahlandırır, ittihamlar irəli sürürdülər. “Neftçi”nin vitse-prezidenti AFFA-nın baş katibinin adamıdır və hazırda bu komanda hakimlər tərəfindən ən çox ədalətsizliyə məruz qalan tərəfdi. İndi isə bu qərarla katibi başın adamı mətbuatı “Neftçi”yə güldürür.

Hörmətli AFFA prezidenti, cənab Rövnəq Abdullayev millini əmanət etdiyiniz Elxan Məmmədov sərəncamında olanları hər zada batırıb. Heç olmaya xalqın komandasın bu katibi başın zadarına batmasına imkan verməyin. “Neftçi” nə sizin klubdur, nə Elxan Məmmədovun. Amma siz bu klubun nüfuzunun itməməsinə birbaşa cavabdehsiz. Bu biabırçılıqlara son qoyun.

P.S. Elnur Məmmədov indi xalqı “Neftçi”yə gözlə güldürür. Nə qədər ki, camaat “Neftçi”yə başqa yerlə yox, gözüzylə, üzüylə gülür, bu futbolbilməzi gəldiyi yerə paketləmək lazımdı.

P.S.S. Can ay "Neftçi", can. Gör, kimlər sənə hökm edir!..

STADİUM.AZ

Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

24.04.2017

23.04.2017

16:14  AZAL - "Kəpəz" - HEYƏTLƏR

16:12  "Zirə" - "Neftçi" - HEYƏTLƏR

16:11  "Qarabağ" - "Sumqayıt" - HEYƏTLƏR

22.04.2017

01:13  Premyer Liqada XXVII turun STATİSTİKASI

21.04.2017

   
  O Q H M T-f X
1. Qarabağ 27 18 5 4 44:13 59  
2. Qəbələ 26 13 10 3 43:16 49  
3. İnter 26 11 10 5 36:28 43  
4. Zirə 27 8 10 9 25-28 34  
5. Kəpəz 27 8 9 10 23-27 33  
6. Sumqayıt 27 8 8 11 26:34 32  
7. Neftçi 27 9 3 15 25-42 30  
8. AZAL 27 1 7 19 13-47 10  
24.04Qəbələ ---İnter
23.04Kəpəz 2-2Neftçi
23.04Qarabağ 2-1Sumqayıt
23.04AZAL 1-2Kəpəz
01.01 -
01.01 -
09.04Kəpəz -Neftçi
09.04Qarabağ -Qəbələ