SSS - Saxta Somali Sənədi

04.03.2015 | 6229 dəfə oxunub

Manatın məzənnəsi düşən günü qızdırmam kəlləçarxa qalxdı. Bir anlıq özümü milyonçu kimi hiss elədim. Amma həkim dostlarımdan biri imkan vermədi sevincim bir az uzun sürsün, elə bədbin diaqnoz qoydu... Baxan kimi dedi ki, pul-para məsələsi deyil, möhkəmcə soyuqlamısan. Yazqabağı olur belə şeylər.

Hamınızdan uzaq olsun, xəstəlik yaman pis şeydi. Bir anlıq fikirləşin ki, qızdırma necə girinc eləmişdisə millimizin Antaliyada “Şaxtyor”la yoxlama oyunu da tamam yadımdan çıxmışdı. Bir-iki gün ötəndən sonra ukraynalı həmkarlarımın Türkiyədən yazdığı qeydləri oxuyandan sonra möhkəm tərlədim, bu da məni tamam sağaltdı.

İlıq Antaliyada bizimkilərlə Donetsk “Şaxtyor”u arasında dostyana oyununu izləyən ukraynalı jurnalisti az qala soyuqdan don vurubmuş. Qərib həmkarım görüb ki, Azərbaycan millisinin oyunçuları nömrə, ad-soyad olmayan futbolkalarda meydana çıxıb. Doğrudan da xəcalətdən tərləməli işdi.

Yazının lap əvvəlində göstərdiyim səbəbdən millimizin yoxlama görüşündən xəbər tutmamışdım, utanc gətirən məsələni oxuyub tərləyəndən sonra bildim ki, üstəlik biz hesabda da məğlub olmuşuq. Yeni baş məşqçi Robert Prosineçkinin rəhbərliyi altında elə ilk yoxlama oyununda uduzmağımızı faciə-filan hesab eləmirəm. Torresin, Foqtsun zamanında o qədər uduzmuşuq ki, bu işə əməlli-başlı öyrəncəliyik. Prosineçki ilə bir-iki kərə yenilməklə dünya dağılmaz ki...

Yoxlama görüşündə “Şaxtyor” klubuna uduzmağımız məni o qədər də narahat eləmir. Üstəlik biabırçı futbolkada oyuna çıxmağı buraxıram AFFA-dakıların vicdanına. Ola bilsin ki, son günlər manatın və dolların bir yerdə dinc durmaması AFFA rəsmilərinin başını möhkəm qatıb, bu diqqətsizlik də millimizi gülüş obyektinə çevirib.

Mənim davam yeni baş məşqçi Robert müəllimlədi. Bakıya ayağı dəyəndən bir-iki dəfə stadiona uzaqdan-uzağa görmüşəm, amma onunla ünsiyyət qura bilmiş idman mövzusunda yazan dəyərli həmkarlarım deyir ki, qılıqlı birisidi. Həm də yığmada nəsə bir iş görməyə həvəslidi. Olsun, babalar demişkən, kor nə istər...

Bütün bunlara rəğmən, Prosineçkinin verdiyi açıqlamalardan biri heç məni açmır. Millinin təzə baş məşqçisi “Bakı”nın hücumçusu Nurlan Novruzovla bağlı həmkarlarımın verdiyi sualla bağlı danışanda deyib ki, guya bizim Nurlan onun oyun fəlsəfəsinə uyğun gəlmir. Oyun fəlsəfəsi... Necə də poetik ifadə!!!

Qızıl kimi dəyərli vaxtını ayırıb bizim yerli Premyer Liqamızı izləyənlər bilir ki, Nurlan çempionatın geridə qalmış hissəsində özünü bombardir kimi göstərə bilib, hesabında 11 qol var. Özü də gənc Nurlan Rauf Əliyev kimi ortada yeyib qıraqda gəzən hücumçulardan fərqli olaraq çox çətin şərtlər altında futbol oynayır. Maddi sıxıntılardan beli bükülmüş “Bakı”da oyuna çıxıb 11 qol vurmaq hər kişinin bacaracağı iş deyil. Bir də ay, Robert müəllim, qollarını çırmalayıb işə başladığın cəmi bir-iki gündü, millinin digər oyunçuları nə zaman sənin oyun fəlsəfənə uyğunlaşdı ki, Nurlan geri qaldı?

Cənab Prosineçki, AFFA səni bizim tərəflərə hansısa klubun baş məşqçisi kimi gətirməyib, sənə yığmanın sükanı etibar olunub. Azərbaycan yığmasının, başa düşdün də... Nurlan Novruzov da azərbaycanlı futbolçudu. Nurlanın başqa millisi yoxdu axı!

Millinin baş məşqçisi Prosineçki, sənin oyun fəlsəfəsi deyilən zadına uyğun gəlməyən Nurlan Novruzov neyləməlidi? Bəklə deyirsən gedib Somali vətəndaşlığını qəbul etsin?

Doğrudan a... Qızdırmam düşəndən sonra ağlıma yaxşı ideya gəldi. Bəlkə AFFA Azərbaycan vətəndaşı Nurlan Novruzova saxta Somali sənədi düzəltsin. Mənə elə gəlir ki, AFFA-da bu işi ustaca görən bacaranlar var. Amma bilmirəm ki, saxta sənədə görə pulu dollarla ödəyəcəklər, yoxsa manatla? Məncə bu dəqiqə AFFA-nın başını ən çox ağrıdan elə bu sualın cavabıdı...

Etibar Cəbrayıloğlu

“Het-trik news” qəzeti



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

22.06.2018

12:07  Braziliyanın ikinci oyunu - YENİLƏNİR

21.06.2018

23:34  Fransa – Peru 1:0 VİDEO

21:23  Argentina – Xorvatiya - HEYƏTLƏR

18:23  Fransa – Peru - HEYƏTLƏR

16:06  Messi ağlayır

15:23  Danimarka - Avstraliya - HEYƏTLƏR

00:16  İran - İspaniya 0:1 VİDEO

20.06.2018

21:17  İran - İspaniya - HEYƏTLƏR

18:30  Uruqvay - Səudiyyə Ərəbistan - HEYƏTLƏR

15:22  Portuqaliya - Mərakeş - HEYƏTLƏR

02:39  Seneqalın qələbəsi VİDEO

01:36  Misirin məğlubiyyəti VİDEO

19.06.2018

23:22  Yaponiyanın qələbəsi VİDEO

15:51  Kolumbiya Yaponiya - heyətlər

14:23  "Qarabağ"ın rəqibi məlum oldu - YENİLƏNİB

12:33  Gunun oyunlarına necə baxaq? - TV AFİŞA

18.06.2018

23:26  İsveçin qələbəsi VİDEO

21:44  Tunis Ingiltərə - heyətlər

18:16  Belçika Panama - heyətlər

15:44  İsveç Cənubi Koreya - heyətlər

   
  O Q H M T-f X
1. Qarabağ 27 19 5 3 36:13 62  
2. Qəbələ 27 14 7 6 43:25 49  
3. Neftçi 27 13 4 10 37-27 43  
4. Zirə 27 11 8 8 34-29 41  
5. Sumqayıt 27 11 7 9 33:31 40  
6. Keşlə 27 7 7 13 28:39 28  
7. Səbail 27 6 5 16 19-38 23  
8. Kəpəz 27 3 5 19 17-45 14  
14.02Neftçi ---Qarabağ
14.02Zirə ---Səbail
14.02Sumqayıt ---Kəpəz
13.02Keşlə 1-1Qəbələ
01.04Kəpəz -Zirə
01.04Qarabağ -Keşlə
02.04Qəbələ -Sumqayıt
02.04Neftçi -Səbail