Kim uduzdu, kim uddu?

24.01.2011 | 8672 dəfə oxunub

6-7 yaşım olardı. Hələ onda atam "evcik-evcik"rnoyununda cavanlıq şəkillərindən birinin üstünə qələmlə hücuma keçdiyimirngörməsəydi, gəlib onu əlimdən alıb, şəklə baxa-baxa "atan Maradona olub ee"rndeməsəydi, yəqin ki, bu gün futbolla yaxından-uzaqdan heç bir əlaqəm olmazdı.rnAçığı, 4 dünya çempionatı görmüş, hələ üstəlik, XX əsrin 3-cüsü olanrn"argentinalı atamın" mövcudluğu məni sevindirirdi. Uşaq sadəlövhlüyümünrn"barıtını çox elədiyimdəndir" ki, ekranda o tərəfə, bu tərəfə qaçan "mavi şortiklirnkişi"nin evdə məndən 5-6 addım arxada oturan atamla eyni adam olduğunurndüşünürdüm. Həə, bir də.. fikirləşirdim ki, futbol sadəcə oyundu..
rnDeyim ki, atamın Maradona olmadığını başa düşmək elə də çox vaxtımı almadı.rnBax, amma futbolun sadəcə oyun olmadığını görmək üçün uzatma dəqiqələrinə qədərrngetməli oldum. Ehtiyat oyunçular skamyasında gözləyən reallığı oyuna buraxandanrnsonra özümdə bərkitdiyim "taktika"lar yavaş-yavaş dağıldı. Başa düşdüm ki, "adırnolub, özü olmayanlar" cərgəsinə daxil edilən futbolumuza "siz qapımızarnbacardığınız qədər qol vurursunuz, biz isə sizin qapıya istədiyimiz qədər"rnifadəsinin yaraşdırılması xeyirə yozulmamalıdır. Dedim, bəlkə, elə bu cürrnyozumlardandı ki, qalib gələn Azərbaycan, qol vuran banqladeşli olur?!
rnSöz qalibiyyətdən düşmüşkən, bu günlərdə Bakı sevinc içindədi. Birlik Kubokununrn¼ oyunlarında paytaxtın "İnter" klubu Ermənistanın "Mika" komandasını 4:0rnhesabı ilə "darmadağın"etdi. Gözəl səslənir. Elə səsləndiyi qədər də gözəlrngörünürdü. Amma Premyer Liqa birincisinin Ermənistan dördüncüsünü məğlub etməsi, bu birrnkənara, gözə kül üfürən Rusiyanın candərdi təşkil etdiyi «Birlik Kuboku»rnoyunlarına yalnız Azərbaycanın "ciddi" hazırlaşması 60 yaşlı kişinin 5 yaşlırnuşağı "aşıq-aşıq" oyununda udub "həriii, yes, yes" deməsinə oxşayır. Rusiya darnözfəaliyyəti ilə UEFA-nın başını oxşayır. Dünya futbolu isə get-gedə siyasətərnoxşayır. Rusiya Gürcüstüna qoşun yeritdi, Gürcüstan da futbola siyasət - "böyükrnqardaş"ın acığına oyundan çıxdı. Azərbaycan da Ermənistandan Qarabağınrn"hayfı"nı çıxdı..
rnBax, elə bu cür - yavaş-yavaş siyasi ədavətdə olan dövlətlər də, elə ədavətsizrndövlətlərin siyasəti də futbolun axırına çıxdılar. Deyəsən, iddiam böyükrnsəsləndi. Axı, futbol onsuz da lap əvvəldən, doğulduğu beşiyində - Britaniyadarnsiyasi don geyinmişdi. Birləşmiş krallığın tərkibində olan ərazilərin -rnŞotlandiyanın, Uelsin, Şimali İrlandiyanın ortaya qoyduğu oyun futbol deyildi,rnmilli özünütəsdiq idi. Bəs, onda siyasi baxışlarına görə sağçı («Roma», «Milan»)rnvə solçu («İnter», «Yuventus») klublara ayrılan İtaliya futboluna nə adrnverməli? Ya da götürək, «Barselona»nı. Axı, o da kataloniyalıların ŞƏRƏFrnkomandasıdı.
rnElə Mussolini də futbolun başına ip salanlardan olub. Eşidəndə ki, o,1938-cirnildə keçirilmiş dünya çempionatında milliyə "qızılı udmasanız, sözrnverirəm ki, hamınızı güllələyəcəm" deyib, təəccüblənmədim. Futbolda toplarnmüharibə aparılırsa, italiya mafiyasının top qarşıq futbolu oynatmasından təbiirnnə ola bilər ki?!
rnOynatdıqları futbolçuların meydanda topu almağa cəhd etdikləri kimi,rnsiyasətçilər də özlərini çox yox, bir az ələ alsaydılar, bəlkə də, hazırkırnmənzərədən fərqli bir şey haqqında yazardım. Ona görə də bu gün mənim üçünrnfutbolda "ədalətli oyun" axtarmaq "vicdanlı siyasətçi" ifadəsi qədər absurdrngörünür.
rnFutbol "offside" vəziyyətində ola bilər. Oyun ki, hələ bitməyib. Əsası, ağrnbayraq qaldırmayaq. Çünki futbol təslim olmağı sevmir.

Nərmin Nöqtə


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail