Qoy bir az da AFFA düşünsün

16.05.2016 | 12849 dəfə oxunub

Əlim gəlmir yazmağa, AFFA yenə zada düşüb... Dərdə düşüb, dərdə. Pul-para dərdi olsaydı vardı, şokolad kimi neftimizin hesabına ötüşdürə bilərdi. Birinci dəfə deyil ki...

Elə bil AFFA-nın qaraçuxası yatıb, hər dəfə bir görmək istəyəndə nəsə amma çıxır. Əsas yığmanın əl-ayağını yığır, Premyer Liqada işlər kəllə-mayallaq olur. Bu cür təmtəraqlı adı olan çempionatımızda ancaq "Qarabağ" oynayır, o birilər ora-bura qaçıb mövsümü yola vermək istəyirlər.

AFFA yazıq 17 yaşlı növcavanlar arasında Avropa Çempionatı keçirir, stadionları doldurur, Portuqaliyalı uşaqlar qapımıza 5 top vururlar. Belə çıxır ki, bütün bu həngamə bizi biabır etməkdən ötrü imiş.

Futbol nazirliyimiz - AFFA hakimlərə ətək-ətək pul ayırır, deyir, uçun Polşaya, Türkiyəyə, yaxşı məşq edin, nəsə öyrənin. Hakimlərimiz edir? Əlləri ətəklərindən uzun qayıdırlar geri, bu azmış kimi, hər oyunda yekə bir "quş" buraxırlar.

Hələ mən I Divizionda baş verənləri tam yazmıram... Nədir, yadınıza düşmədi? Bizdə adına I Divizion deyilən bir zad da var axı. AFFA- növbəti dəfə çətin sual qarşısında qoyan, təzyiqini yuxarı qaldıran elə aşağı dəstədəki komandalardı. Məhz oradakılar o gün, şər qarışan vaxtı götürüb AFFA-ya yekə bir məktub göndəriblər. İlin-günün bu zamanında vaxtınızı ayırıb məktubu sona qədər oxusanız, bilirəm ki, əliniz üzünüzə yapışacaq. Zalım uşaqları, düz-əməlli top qova bilməsələr , məktub yazmağı əla bacarırlar. Elə bil Maksim Qorki yazıçı həmkarı Anton Çexova məktub yazıb.

isə, lənət FİFA-ya... Keçək ildırım sürəti ilə AFFA-ya çatan məktubun mətninə. Qədim zamanlarda deyildiyi kimi, oxucularımızın marağını nəzərə alıb I Divizion komandalarının AFFA-ya ünvanladıqları məktubun tam mətnini təqdim edirik:

Çox hörmətli AFFA rəhbərliyi!

Sizin Azərbaycan futbolu üçün etdiyiniz işlərin gözəlliyini yalnızBarselona"nın oyunu ilə müqayisə etmək olar. Göstərdiyiniz bu böyük işlərdən bizlərə -I Divizion komandalarına da pay düşüb, payınız artıq olsun. Amma son vaxtlar baş verənlərdən ciddi narahatıq. Çünki divizionumuzun başını qara buludlar alıb. İşlərin gedişindən belə anlaşılır ki, “Xəzər Lənkəran"ı növbəti mövsümdən bizim divizionda göndərirsiniz. Məhz bu məsələdən narahat olub Sizin neftdən qiymətli vaxtınızı alıb müraciət göndərməyə məcbur olduq.

Turnir cədvəlindən azarkeş gözündən düşən, Allah ümidinə buraxılan, ümiddən başqa heç ilə idarə olunmayanXəzər Lənkəran" kimi bir klub gəlib gül kimi I Divizionu da hörmətdən salacaq. 15 oyuna 1 xal toplayan, 1 top vuran klubun bizim aramızda işi var axı? Tural Qürbətov, Vüqar Bəybalayev, Orxan Səfiyaroğlu, Zaman Mirzəzadə, Mahsun Qəmbərli kimi futbolçular bizdə 7 avtobusdu. Onlar da gəlsə, görün bir nələr olacaq.

Hələ biz azarkeş məsələsini çox qabartmırıq. Özünüz yaxşı bilirsiniz ki, bizim hər oyunumuza heç olmasa, 60-70 fanat gəlir, el bilir, aləm bilir ki, son vaxtlarXəzər Lənkəran"ın meydan gəzintilərini 12 azarkeş izləyir. Belə bir klubun I Divizionda oynamağa haqqı varmı?

Sizdən tələb edirik, gül kimi divizionumuzu belə bir klubdan qoruyun. Əks təqdirdə bizXəzər Lənkəran"la oyunlara çıxmaqdan imtina edəcəyik. Hörmətli AFFA rəhbərliyi, Sizə 10 gün vaxt veririk ümid edirik ki, tələbimiz müsbət cavablanacaq".

Yenə lənət FİFA-ya, I Divizion komandaları ayaqlarını, pardon, başlarını işlədib məktub yazıblar. İndi düşünmək növbəsi AFFA-dadı. Görək, futbol nazirliyimizin sözü keçən şəxsləri bu məktuba cavab verəcəklər. Tərslikdən vaxt da daralır...

Etibar CƏBRAYILOĞLU


Het-trik news”



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

17.11.2019

04:05  İsrail - Polşa - 1:2 VİDEO

03:47  Almaniya - Belarus - 4:0 VİDEO

02:10  Rusiya - Belçika - 1:4 VİDEO

16.11.2019

20:31  Azərbaycan - Uels -HEYƏTLƏR

09:22  Uels millisinin məşqindən FOTOLENT

02:56  İspaniya – Malta - 7:0 VİDEO

15.11.2019

02:07  Fransa - Moldova - 2:1 VİDEO

14.11.2019

13.11.2019

12.11.2019

   
  O Q H M T-f X
1. Qarabağ 10 8 2 0 19-2 26  
2. Neftçi 10 5 3 2 15-8 18  
3. Keşlə 10 4 4 1 11-5 16  
4. Səbail 10 3 2 5 8-14 11  
5. Sumqayıt 10 3 2 5 11-15 11  
6. Sabah 10 2 4 4 10-11 10  
7. Zirə 10 2 4 4 10-16 10  
8. Qəbələ 10 1 3 6 6-19 6  
10.11Qarabağ ---Zirə
10.11Sabah ---Zirə
09.11Keşlə ---Neftçi
09.11Qəbələ ---Səbail
22.11Sumqayıt -Qarabağ
23.11Səbail -Sabah
24.11Neftçi -Qəbələ
24.11Zirə -Keşlə