“Barselona” Joze Mourinyonu susdurdu

Madridin “Real” klubunun məşqçisi Joze Mourinyonu “Barselona” ilə bugünkü derbi oyun öncəsi susmağı üstün tutub.

16.04.2011 | 4369 dəfə oxunub

Portuqaliyalı mütəxəssis matç öncəsi jurnalistlərin suallarını cavablandırmaq istəməyib. Stadium.az xəbər verir ki, onun əvəzinə bunu köməkçisi Aytor Karanka edib. Mourinyo isə bütün mətbuat konfransı boyu susub. 

Karanka baş məşqçisinin hərəkətini hörmətsizlik kimi qəbul edilməməyini istəyib: “Hər dəfə Mourinyo nəsə deyəndə, onun sözləri təhrif edilir. Joze belə olmasını istəmir. Bunu “Kral klubu”nun azarkeşlərinə qarşı hörmətsizlik kimi qiymətləndirmək lazım deyil. Çünki onlar başa düşməlidir ki, Mourinyo işinə bütün 100 faiz gücünü sərf edir”.

“Barselona” ilə oyuna da toxunan Karanka rəqibin bir gün çox istirahətə malik olduğunu bildirib: “Bu isə prinsipcə, ənənə olub. Hesab edirəm ki, “Real”ın qalib gəlməyə yaxşı şansı var. Biz ötən oyunla, “Nou Kamp”da 0:5 hesabı ilə uduzduğumuz görüşlə müqayisədə indi daha yaxşıyıq. İndi futbolçularımızı ən yaxşı fiziki imkanlarını bilirik. Bizim mövsümün finalını fantastik keçirmək imkanımız var. Bütün futbolçularımız öz güclərinə inanırlar”.

Elmar ƏLİZADƏ



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail