Filip Lam: "Bakıda qələbə qazanmaq asan olmayacaq"

03.06.2011 | 9647 dəfə oxunub

AVRO-2012-nin seçmə mərhələsi çərçivəsində iyunun 3-də səfərdə Avstriyanın, bundan 4 gün sonra isə Bakıda millimizin qonağı olacaq qrupumuzun lideri Almaniya yığmasının müdafiəçisi Filip Lam bu oyunlar öncəsi maraqlı açıqlamalar verib. Stadium.az xəbər verir ki, təcrübəli arxa xətt oyunçusu FİFA-nın rəsmi saytına müsahibəsində bunları dilə gətirib:

“Biz hələlik 5 oyun keçirmişik ki, onların da hamısında qələbə qazanmışıq. Amma bu, hər şeyin həlli anlamına gəlmir. İndi biz qarşıdakı Avstriya və Azərbaycanla oyunlarda da eyni uğuru təkrarlamalıyıq. Yalnız bu halda biz AVRO-2012-nin final mərhələsinə çıxmağı tam təmin etmiş olacağıq”.
 
Bundestimin müdafiəçisi konkret yığmamızla qarşılaşma ilə bağlı bunları söyləyib: “Almaniyalı mütəxəssisin çalışdırdığı komandalarla qarşılaşanda hər dəfə xüsusi nə iləsə üzləşirsən. Özü də komandamızın sabiq baş məşqçilərindən olan Berti Foqts Almaniyanı AÇ-1996-ya aparmış mütəxəssisdi. Bu qarşılaşmada biz 3 xal qazanmağa borcluyuq. Amma bu, göründüyü qədər də asan olmayacaq. Hətta DÇ-2010-un seçmə mərhələsində də biz qələbəni çox çətinliklə əldə etmişdik”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail