Maurinyo Diarranı heyətdən kənarlaşdırdı

12.07.2011 | 5540 dəfə oxunub

İspaniyanın "Real" klubunun baş məşqçisi Joze Mourinyo yeni mövsüm öncəsi ABŞ-ın Los-Anceles şəhərinə aparacağı heyətdən 3 futbolçunu kənarlaşdırıb.
Stadium.Az xəbər verir ki, portuqaliyalı mütəxəssis okeanın o tayına yarımmüdafiəçilər Lassana Diarra, Pedro Leon və Serxio Kanalesi götürməyib.
Toplanışa qatılacaq 25 oyunçudan 4-ü qapıçı, 10-u müdafiəçi, 7-si yarımmüdafiəçi və 4-ü hücumçudur. Hazırda Argentina yığmasının heyətində Amerika Kubokunda mübarizə aparan Fernando Qaqo və Qonsalo İquain də Los-Ancelesə uçmayıb.
İspaniya mətbuatı Lassana Diarra, Pedro Leon və Serxio Kanalesin "Real"ı tərk edə biləcəyinə dair xəbər yayıb. Onların arasında daha çox Diarranın "kral klubu"ndan gedəcəyi deyilir. Fransa yığmasının futbolçusu komandaya 2009-cu ildə İngiltərə "Portsmut"undan 20 milyon avroya keçib.rnrn



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail